İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Gimnastımız Bakıda keçirilən turnirdə dörd qızıl medal qazanıb

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən üçüncü "AGF Trophy" beynəlxalq turnirinin sonuncu günündə ayrı-ayrı alətlər üzrə 4 qızıl medal qazanıb. Halqa ilə final yarışlarında təmsilçimizin çıxışı 33,700 xalla qiymətləndirilib. Bununla o, birinci, digər gimnastımız Alina Gözəlova 30,350 xalla turnirdə ikinci yerə layiq görülüb. Zöhrə Ağamirova top ilə final mərhələsində çıxışı hakimlərdən 32,500 xal alaraq birinci olub. İlk üçlükdə Alina Gözəlova (32,150 xal) macarıstanlı Evelin Viktoriya Koçiş (29,900) yer alıblar. Gürzlərlə yarışlarda da Zöhrə Ağamirova 31,700 xalla, lentlə yarışların final mərhələsində isə 31,400 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər təmsilçimiz Alina Gözəlova isə 30,750 xalla ikinci olubTurnir böyük gimnastlar arasında aprelin 21-23- Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyıb.

 

"AGF Trophy" beynəlxalq turniri başa çatıb

Bakıda keçirilən bədii gimnastika üzrə üçüncü "AGF Trophy" beynəlxalq turnirinə yekun vurulub. Turnirə 14 ölkədən 119 gimnast qatılıb. Turnir böyük gimnastlar arasında aprelin 21-23- Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyıb. Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə üçüncü "AGF Trophy" beynəlxalq turnirində qızıl medal qazanıb. 5 top ilə çıxışı üzrə Gövhər İbrahimova, İlahə Bahadırova, Zəhra Cəfərova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova Ayan Sadıqovadan ibarət komandamızın çıxışı hakimlər tərəfindən 31,700 xalla qiymətləndirilib. Komandamız, həmçinin qrup hərəkətləri üzrə ikinci olub. Onların 5 iplə çıxışı hakimlər tərəfindən 29,050 xalla qiymətləndirilib.

 

F1 Qran-Prisini izləyəcək azarkeşlərin sayı ən yüksək həddə çatacaq

"Gözlənilməzə hazır ol" şüarı altında keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi bu il yeni rekordlara imza atmağa davam edir. Ötən illərdə keçirilən yarışlarla müqayisədə bu il aprelin 28-30-da baş tutacaq Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində ilk dəfə 100-dən çox fərqli ölkədən azarkeşlər ölkəmizi ziyarət edəcək. Bu rəqəm Bakı yarışının tarixində qeydə alınmış ən yüksək göstəricidir. Son altı illə müqayisədə ilk dəfə olaraq Azərbaycan Qran-Prisini izləməyə gələn əcnəbi azarkeşlərin sayı ən yüksək həddə çatacaq. Bakı yarışına olan böyük maraq nəticəsində "Sahil", "Abşeron" "B" sektoru, "Filarmoniya" tribunalarından sonra "Muğam" "Bulvar" tribunalarına olan biletlər tamamilə satılıb. Beləliklə, adıçəkilən bu tribunalarındakı yerlər daxil olmaqla biletlərin 90 faizi satılıb.

 

Güləşçimiz Hacı Əliyev dördqat Avropa çempionu olub

Sərbəst güləşçimiz Hacı Əliyev dördüncü dəfə Avropa çempionu olub.

H.Əliyev (70 kq) təsnifat mərhələsində italiyalı Canluka Talamoya tam üstünlüklə qalib gəlib - 12:1. Titullu güləşçimiz dörddəbir finalda almaniyalı Kevin Henkelə gücünü göstərib - 4:0. Millinin kapitanı yarımfinalda moldovalı Vasile Diakonu 4:1 hesabı ilə məğlub edərək beşinci dəfə Avropa çempionatının finalına yüksəlib.

Hacı Əliyev həlledici görüşdə bolqarıstanlı Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gələrək dördqat Avropa çempionu olub. Güləşçimiz, həmçinin üçqat dünya çempionudur.

Qeyd edək ki, daha əvvəl digər güləşçimiz Əliabbas Rzazadə (57 kq) Avropa çempionatında qızıl medal qazanıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".