AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
İqtisadiyyat

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb. 

"Respublika" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. 

O, yaxın günlərdə həmin zənginləşdirmə prosedurunun həyata keçiriləcəyini vurğulayıb. Qoşqar Təhməzlinin sözlərinə görə, razılıq əldə edilmiş çörək istehsalı, un emalı müəssisələrində unun dəmirlə zənginləşdirilməsi prosesi həyata keçiriləcək. 

“Beləliklə ticarət şəbəkələrində satılan adi unla yanaşı, eyni zamanda, dəmirlə zənginləşdirilmiş una da rast gələ biləcəyik”, - deyə AQTA sədri qeyd edib.