Ana dilimiz milli sərvətimizdir
Digər xəbərlər

Ana dilimiz milli sərvətimizdir

Ulu öndər Heydər Əliyev istər SSRİ dövründə, istərsə müstəqil Azərbaycana rəhbərliyi illərində milli maraqlarımızın milli-mənəvi dəyərlərimizin, tariximizin, adət-ənənələrimizin, ana dilimizin qorunub saxlanılması, yaşadılması təbliğ edilməsi, gələcək nəsillərə çatdırılması istiqamətində səylə çalışıb. Məhz bu amal Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətinin əsas qayəsi olub. Ulu öndərin Azərbaycana sonsuz məhəbbəti, yüksək vətənpərvərliyi, azərbaycançılıq məfkurəsi onun bütün fəaliyyəti boyu öz təsdiqini tapıb.

Ana dilimizə münasibəti rəğbəti isə xüsusilə seçilib hər bir azərbaycanlı üçün əsl örnək olub. Bu səbəbdən, ümummilli lider hər zaman ana dilimiz haqqında danışarkən onu yüksək tərənnüm edərək doğma dilimizi milli sərvətimiz adlandırırdı. Dahi sərkərdə vurğulayırdı ki, öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz, fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var. Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.

Bəşər mədəniyyətinin hərtərəfli inkişafına böyük töhfələr verən Azərbaycan xalqı həmişə öz dilini yaşatmış, öz dili ilə böyük mənəvi irs yaratmışdır. Tarix boyu dilimiz əsrlərin nəsillərin süzgəcindən keçərək indiki mərhələsinə çatmışdır. Geniş ifadə imkanları, zəngin söz ehtiyatı olan Azərbaycan dili həmişə tədqiqatçıların, böyük alimlərin diqqət mərkəzində olmuşdur. Bu zəngin dildə milli folklorumuz, milli ədəbiyyatımız, milli mədəniyyətimiz yaranmışdır.

Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir. Dövlət dilimizin bütün incəliklərini mükəmməl şəkildə bilən, dilimizin statusunu ən ali səviyyələrə qaldıran böyük tarixi şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ana dilimizə yüksək dəyər verirdi: "Dilimiz çox zəngin ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir bu dildə danışmağımla fəxr edirəm".

Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin, tarixinin ədəbiyyat mədəniyyətinin yeni azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya strategiyasını formalaşdırdı. Azərbaycan Prezidentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli "Azərbaycan əlifbası Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli fərmanları böyük tarixi-siyasi əhəmiyyətə malik sənədlərdir. "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman dilimizin inkişafı tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadı. Sənədə əsasən Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı.

30 sentyabr 2002-ci ildə isə ümummilli lider Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun təsdiq olundu. Bu sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun ölkə Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Azərbaycan dili elmin, texnikanın sürətlə inkişaf etdiyi indiki dövrdə bütün elm sahələri üzrə hər hansı bir anlayışı incəliyinə qədər ifadə etməyə qadir olan zəngin dünya dillərindən biridir. Müasir Azərbaycan dövlətinin memarı qurucusu ümummilli lider Heydər Əliyevin ideya əməllərinin sadiq davamçısı Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə ana dilinin dövlət dili statusu qorunmuş onun inkişafı yüksək səviyyədə təmin edilmişdir. Prezident İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, həyata keçirdiyi məqsədyönlü işlər Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. Dövlət başçısı ana dili ədəbiyyatımız haqqında demişdir: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir". Bu fikirləri əsas götürən İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, dil siyasətində ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu strateji xətti inam uğurla inkişaf etdirir. Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin sürətli inkişafı onun saflaşmasına, dünya dilləri sırasında özünəməxsus xüsusiyyətləri ilə seçilməsinə mühüm yer tutmasına səbəb olmuşdur.

Fərid MUSTAFAYEV,

Elm Təhsil Nazirliyinin

Torpaqşünaslıq Aqrokimya İnstitutu.