Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb
Siyasət

Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-yə planlaşdırılan səfəri təxirə salınıb.

"Respublika" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keceli xəbər verib.

“Prezidentimizin ABŞ-yə mayın 9-na planlaşdırılan səfəri qrafik uyğunsuzluğu səbəbindən hər iki tərəf üçün əlverişli tarixə təxirə salındı. Səfərin baş tutması məqsədilə Türkiyə ilə ABŞ arasında yüksək səviyyəli dialoq davam etdiriləcək", - diplomat bildirib.