Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER - 100

İnsan azadlığı, söz, vicdan azadlığı, insan hüquqlarının qorunması, bütün vətəndaşların eyni hüquqa malik olması, siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas atributları kimi bərqərar olmalıdır!

***

Müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcəkdir!

Cənab Prezident Heydər Əliyevlə biz dəfələrlə görüşüb söhbət etmişik. Heydər Əliyev kimi tanınmış siyasi xadimin təcrübəsi şəxsən mənim üçün böyük əhəmiyyətə malikdir.

Prezident Heydər Əliyev bu ən yüksək vəzifədə rəhbərlik təcrübəsinə malikdir. Bununla yanaşı, o, demokratiyanın, bazar iqtisadiyyatının dəyərlərinə, insan hüquqları ilə bağlı dəyərlərə səmimiyyətlə inanır.

Prezident Heydər Əliyevdə olan mühüm ideyalar insanları dəyişdirə bilər və insanlar da birlikdə xalqın taleyini dəyişdirə bilərlər.

Emil KONSTANTİNESKU,

Rumıniyanın sabiq prezidenti.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin simasında özümə yaxın dost və sirdaş tapmağımdan məmnunam. Mən Heydər Əliyevə böyük hörmət və ehtiram bəsləyirəm, onun siyasi fəaliyyətini və məharətini, uzaqgörənliyini yüksək qiymətləndirirəm.

Butros QALİ,

BMT-nin sabiq baş katibi.

 

Heydər Əliyevin müqəddəm tarixə dair nadir biliyini müasir zaman hissi ilə heyrətamiz surətdə əlaqələndirməsini qeyd etmək istəyirəm. Yəni bu, mütləq dərəcədə nadir təcrübədir. Elə bir təcrübə ki, bu gün hamının qarşılaşdığı çox çətin problemlərdən çıxmağa həqiqətən kömək edə bilər.

Boris BEREZOVSKİ,

MDB-nin sabiq icraçı katibi.

 

Cənab Prezident Heydər Əliyevlə keçirdiyim görüşü, apardığımız söhbəti hər zaman xatırlayacağam. Yaxşı yadımdadır ki, onunla keçirdiyim görüş zamanı Azərbaycanın və regionunuzun gələcəyi barədə çox ağıllı, realist və eyni zamanda, çox nikbin nöqteyi-nəzərini mənim diqqətimə çatdırdı.

Duqlas HÖRD,

Böyük Britaniyanın sabiq xarici işlər naziri.

 

 

Heydər Əlirza oğlu cümhurbaşqanı seçildikdən sonra əldə edilən uğurlar göz önündədir. Bacarıqlı lideri olmayan bir millət heç nəyə qadir deyil. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Atatürk isə yüz ildə bir yetişən böyük şəxsiyyətdir.

Bülənt ECEVİT,

 Türkiyənin sabiq Baş naziri.

 

Mən Heydər Əliyevi bir insan, bir rəhbər kimi, deyərdim ki, iki keyfiyyətdə tanıyıram. Əlbəttə, bir adam dövlətin, xalqın tarixini bir gündə, bir dövr ərzində yarada bilməz. Bunun üçün xalqımızın bir çox nəsilləri, bir çox rəhbərləri böyük əziyyət çəkmişlər. Lakin məhz Heydər Əliyevin o illərdə respublikanı yüksəltməsi və xalqın nüfuzunu qaldırması, o sistem şəraitində gördüyü işlər bizim hamımızda, eləcə də məndə heyranlıq hissləri, bəlkə də bir qədər qibtə hissi oyatmışdır.

Mintimer ŞAYMİYEV,

Tatarıstan Respublikasının sabiq prezidenti.

 

Məhz Prezident Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünya birliyində layiqli yer tutması, Xəzərdə Azərbaycan sektorunun yataqlarının birgə işlənilməsinə dair dünyanın bir çox nüfuzlu şirkətləri ilə müqavilələr imzalanması Azərbaycanın müstəqilliyinin əbədi olmasına böyük təminat yaradır.

Prezident Heydər Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan regionda açar rolu oynayan ölkəyə çevrilmişdir və Belçika Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir.

Jan Luk De AN,

Belçika Krallığının sabiq baş naziri.

 

Heydər Əliyev görkəmli, müdrik dövlət xadimidir. Onunla görüşmək mənim üçün böyük şərəf və başucalığıdır. Bütün ərəb dünyasında da görkəmli, müdrik dövlət xadimi kimi məşhur olan Prezident Heydər Əliyevin rəhbərliyi ilə əldə edilmiş nailiyyətlər Livanda rəğbətlə qarşılanır.

Rafiq əl-HƏRİRİ,

Livanın sabiq Baş naziri.