İFTAR SÜFRƏSİ AÇILIB
Region

İFTAR SÜFRƏSİ AÇILIB

Ramazan ayı insanları dözümlüyə, vicdanlı olmağa yönəldir, xeyirxahlıq qapısını açır. İftar süfrəsi isə, mənəvi paklıq, mərhəmət hissləri ilə insanları birləşdirir. Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) rəhbərliyin təşəbbüsü ilə ali təhsil müəssisəsinin əməkdaşları üçün iftar süfrəsi təşkil edilib. İlk öncə, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən universitetin rektoru Zəfər Qurbanov Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olduğunu bildirib.

Sabitlik, inkişaf, birlik və tolerantlığın hökm sürməsi ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olub və bu siyasət Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Zabit XƏLİLOV,

“Respublika”.