Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi "Saudi Press" (SPA) informasiya agentliyi tərəfindən yayılmış təbrik məktubunda Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə möhkəm cansağlığı, ailə səadəti, Azərbaycan hökumətinə və xalqına isə davamlı inkişaf və rifah arzulayıb.