Ceyhun Bayramov Kolumbiyanın səfirini qəbul edib
Siyasət

Ceyhun Bayramov Kolumbiyanın səfirini qəbul edib

İyulun 28-də xarici işlər naziri Ceyhun Bayramov Kolumbiya Respublikasının ölkəmizə yeni təyin edilmiş səfiri Luis Fernando Kuartas Ayala ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Respublika”ya xəbər verilib.

Bildirilib ki, Kolumbiya səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov Luis Fernando Kuartas Ayalanı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı tərəflər ikitərəfli əlaqələrin əhəmiyyəti, siyasi məsləhətləşmələr mexanizminin tətbiq edilməsi, qarşılıqlı səfərlərin faydası və Parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edərək, təhsil və turizm sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüş zamanı tərəflər ikitərəfli əlaqələrin əhəmiyyəti, siyasi məsləhətləşmələr mexanizminin tətbiq edilməsi, qarşılıqlı səfərlərin faydası və parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edərək, təhsil və turizm sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, etnik təmizləmə siyasəti, postmünaqişə dövründə Azərbaycanın sülh səyləri haqqında ətraflı məlumat verib. Hazırda bölgədə sülh səylərinə baxmayaraq, Ermənistanın təxribatlarının prosesə maneçilik törətdiyi bildirilib.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.