Beynəlxalq Universitet İdman Festivalı - GÜNÜN ANONSU
İdman

Beynəlxalq Universitet İdman Festivalı - GÜNÜN ANONSU

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalı davam edir.

"Respublika" xəbər verir ki, Gənclər və İdman Nazirliyi günün anonsu haqqında paylaşım edib. 

Bu gün saat 09:00-da Taekvando üzrə yarış nəzərdə tutulub. Təsnifat yarışı üzrə Səyyad Dadaşov 54 kilo, Pərviz İsgəndərov 63 kilo, Vaqif Hacıyev 68 kilo, Eltac Qafarov 80 kilo ilə ölkəmizi təmsil edəcəklər. 

Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla 69 idmançı təmsil edir.

Atletlərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışlarda mübarizə aparırlar.