AVRO-2024: Estoniya – Azərbaycan oyununun hakimləri bəlli olub
İdman

AVRO-2024: Estoniya – Azərbaycan oyununun hakimləri bəlli olub

AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Azərbaycan yığmaları arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.

"Respublika" xəbər verir ki, qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Robert Şröder olacaq. Ona yan xətt hakimləri Kristian Gittelmann və Robert Vessel kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Florian Badştübner yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 13-də Tallindəki “Le Kok Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.