“Qarabağ” komandası yoxlama oyununda Macarıstan klubu ilə heç-heçə edib
İdman

“Qarabağ” komandası yoxlama oyununda Macarıstan klubu ilə heç-heçə edib

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu ilk yoxlama oyununu keçirib.

Qurban Qurbanovun yetirmələri Macarıstan çempionu “Ferentsvaroş” ilə üz-üzə gəliblər.

“Leerberg Arena”dakı qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Azərbaycan təmsilçisinin heyətində Nəriman Axundzadə dubl edib. Üçüncü qolu isə Leandro Andrade vurub.