İdman: daim zirvələrdə
İdman

İdman: daim zirvələrdə

2024-cü il Formula 1 Azərbaycan Qran-Prisinin vaxtı açıqlanıb

2024-cü ildə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin vaxtı açıqlanıb.  Bakı şəhər halqasında keçiriləcək yarış sentyabrın 13-15-də nəzərdə tutulub. Ümumilikdə 24 yarışın baş tutacağı mövsümə fevralın 29-da Bəhreyn Qran-Prisi ilə start veriləcək. İlin son yarışı isə dekabrın 6-8-də Abu-Dabidə olacaq.

İdmançımız Avropa üçüncüsü olub

Azərbaycan ağırlıqqaldıranı Yunis Bayramov Moldovanın paytaxtı Kişineuda keçirilən yeniyetmələr arasında Avropa çempionatında gümüş medal qazanıb.

15 yaşadək oğlanlar arasında 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı birdənqaldırma hərəkətində 99 kiloqramı ram edib və bu hərəkətdə yarışın bürünc mükafatçısı olub. Təkanla qaldırmada 112 kiloqramın öhdəsindən gələn atlet həm bu hərəkətdə, həm də yekun sıralamada 211 kiloqram (99+112) nəticə ilə 4-cü yeri tutub. Qeyd edək ki, daha əvvəl Turan Əliyev (67 kq) yaşı 17-yə qədər olan oğlanlar arasında Avropa üçüncüsü olub.

Gimnastlarımız beynəlxalq turnirdə yarışacaqlar

Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri İtaliyanın Turin şəhərində keçirilən IX "Turin Acro Cup" beynəlxalq turnirdə mübarizə aparacaqlar. Turnirdə ölkəmizi yığmanın üzvləri Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Nəzrin Zeyniyeva, Aynur Yusufova, Lalə Hüseynovadan ibarət qadın qrupu yarışlarında təmsil edəcəklər.

Qeyd edək ki, turnir iyulun 9-dək davam edəcək.

Akrobatika gimnastlarımız Qazaxıstanda bürünc medal qazanıblar

Qazaxıstanın Pavlodar şəhərində akrobatika gimnastikası üzrə beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi yığma komandamızın üzvləri Sabir Ağayev, Murad Rəfiyev, Riad Səfərov, Rəsul Seyidlidən ibarət kişi qrupu təmsil edib. "Bayantau" İdman Kompleksində keçirilən yarışda gimnastlarımız bürünc medala layiq görülüblər.

Nərgiz İSMAYILOVA,

"Respublika".