DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

PRİQOJİNİ MOSKVAYA HÜCUMA MƏCBUR ETDİ?

Vaqnerözəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin öz şirkətini müstəqil qüvvə kimi qoruyub saxlamağın yeganə yolunun Rusiya Müdafiə Nazirliyinə qarşı çıxmaq olduğunu iddia etsə , öz perspektivlərini çox şişirtdi. “Teleqraf.comun xəbərinə görə, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun təhlilində qeyd olunur.

Analitiklər qeyd edirlər ki, Priqojin Müdafiə NazirliyininVaqner daxil olmaqla nizamsız birləşmələrə nəzarəti rəsmiləşdirmək üçün iyulun 1- verdiyi son müddəti siyasi bəlkə şəxsi baxımdan ekzistensial təhlükə kimi qiymətləndirib. Buna görə o, öz qüvvələrindən istifadə edərək, Müdafiə Nazirliyinin rəhbərliyini dəyişmək Vaqneri tamamilə itirməmək üçün riskə getməyə qərar verib.

Ekspertlərin fikrincə, Priqojinin davamlı uğur üçün yeganə real ümidi Müdafiə Nazirliyinin rəhbərliyini dəyişmək olub, lakin bunu edə bilməyib. Priqojinin qiyamı onun ultra-millətçi dairələrdə, Rusiya hökumətində Vaqnerdaxilində dəstək bazasını daha da sarsıdıb.

Müharibə Araşdırmaları İnstitutu hesab edir ki, Priqojin Moskvaya hücumunu başa çatdırmamaqlaVaqnerin bir çox döyüşçülərini bu qrupa rəğbət bəsləyən ultra-millətçiləri qəzəbləndirib.

 

BMT: MÜHACİRLƏRİN HƏYATITİTANda HƏLAK OLANLAR QƏDƏR QİYMƏTLİDİR

BMTTitansualtı qayığında həyatını itirən 5 nəfərin yüzlərlə ölən miqrantdan daha çox diqqət toplamasına münasibət bildirib. Bu barədəTRTtelekanalı məlumat yayıb.

Qurumun mətbuat katibinin müavini Fərhan Haq gündəlik brifinqdə mövzu ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib: “MediaTitanda həyatını itirən 5 nəfərlə ölən yüzlərlə mühacirdən daha çox maraqlandı. Bütün insanlar üçün xilasetmə səylərinə hörmətlə yanaşırıq, həyatlar qiymətlidir, lakin hökumətlər miqrantları qorumaq üçün daha ciddi səy göstərməlidir. Mühacirlərin həyatıTitanda həlak olanlar qədər qiymətlidir”.

ABŞ-ın keçmiş prezidenti Barak Obama daTitanikin qalıqlarını görmək üçün turistik sualtı qayıqla okeanın dibinə endikdən sonra siqnalı kəsilən qrupun hekayələrinə böyük maraq göstərən, lakin Yunanıstan sahillərində miqrant qayığı faciəsinə kifayət qədər əhəmiyyət verməyən Qərb mediasını tənqid edib.

Bir çox sosial media istifadəçisi bu iki hadisənin fotoşəkillərini yan-yana qoyaraq bir sualtı qayıqda 5 nəfərin itdiyi, Yunanıstan sahillərində isə 82 nəfərin öldüyü, 500 miqrantın isə taleyinin naməlum olduğuna diqqət çəkərək bu ayrı-seçkiliyi qınayıblar.

 

SEYSMOLOQDAN İSTANBUL ÜÇÜN GÜCLÜ ZƏLZƏLƏ XƏBƏRDARLIĞI

Türkiyənin Kahramanmaraş vilayətində baş verən şiddətli zəlzələlərdən sonra diqqətin yönəldiyi İstanbul üçün xəbərdarlıqlar gəlməyə davam edir. “Teleqraf.comun verdiyi xəbərə görə, yapon seysmoloq Yoşinari Morivaki İstanbulda zəlzələ olacağı ilə bağlı xəbərdarlıq edənlər arasındadır.

Yapon mütəxəssis Türkiyənin baş verə biləcək zəlzələlərdən ən az zərərlə çıxması üçün hamının birlikdə hərəkət etməli, mövcud binaların gücləndirilməsinin lazım olduğunu bildirib.

Yoşinari Morivaki xatırladıb ki, İstanbul Şimali Anadolu Fay Xəttinin bir qolu üzərində yerləşir.  “Şimali Anadolu Fay Xəttinin şimal qolu var. Məncə, o qolun bu nöqtəsi təhlükəlidir. Bunun vaxt olacağını heç kim deyə bilməz, lakin bir gün baş verəcək bu zəlzələdən az ziyanla çıxmağa hazır olmaq lazımdır”, - deyə seysmoloq vurğulayıb.

 

VAQNERMOSKVAYA MİNDƏN ÇOX HƏRBİ TEXNİKA İLƏ HƏRƏKƏT Edib

Vaqnerözəl hərbi şirkətinin Moskva istiqamətində mindən çox hərbi texnika ilə hərəkət etdiyi məlum olub. Bu barədəSputnikinformasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, “Vaqnerin Voronej vilayətindən keçərək Moskvaya istiqamətində aralarında tanklar, reaktiv yaylım atəşi sistemləri, yük maşınları minik avtomobillərinin olduğu hərbi karvanla hərəkət edib. Qeyd edilir ki, təxminən 350 texnikadan ibarət ilk karvan iyunun 24- gecə yarısından sonra Voronej vilayətinin sərhədini keçib.

Səhər saat 5 radələrindəVaqnerin ikinci karvanı Voronej vilayətinə daxil olub. Təxminən 375 hərbi texnikadan ibarət ikinci karvan Buturlinovka şəhərinə doğru hərəkət edib.

Məlumata əsasən, saat 07:00-da təxminən 100 ədəd texnikadan ibarət üçüncü hərbi karvan Voronej vilayəti ərazisinə daxil olub. Onların arasında üç tank, iki zenit qurğusu, avtobus, yük maşınları minik avtomobilləri olub.

Bununla yanaşı, saat 09:00-da ümumi sayı 212 ədəd olan dördüncü hərbi texnika karvanı Voronej vilayətinin sərhədini keçib.

 

TOKAYEV TƏHLÜKƏSİZLİK ŞURASININ TƏCİLİ İCLASINI KEÇİRİB

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iyunun 25- Rusiyada baş verən hadisələrlə əlaqədar Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib hökumət qurumlarına böhran vəziyyətlərinin mümkün təhdidlərinə cavab verməyə hazır olmağı tapşırıb. Bu barədəSputnikinformasiya agentliyi prezident Tokayevin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qazaxıstan lideri Rusiyadakı vəziyyətlə bağlı sərəncamların yerinə yetirilməsi ilə bağlı tədbirlər haqqında güc strukturlarının məruzələrini dinləyib. O, ölkədə maliyyə-iqtisadi sabitliyin, eləcə Qazaxıstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini qeyd edib.

Tokayevin sözlərinə görə, Rusiya Qazaxıstanın strateji tərəfdaşıdır. Dövlət başçısı xatırladıb ki, prezident Vladimir Putinlə telefon danışığında Rusiya hakimiyyətinin konstitusiya quruluşunun bərpası vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərini dəstəkləyib.

Təhlükəsizlik Şurasının iclasından sonra Tokayev hökumət tərəfindən hazırlanmış əməliyyat planını təsdiqləyib.

 

ABŞ-DA ERMƏNİPƏRƏST KONQRESMENİN DAVRANIŞI TƏNQİD EDİLİB

ABŞ Nümayəndələr Palatası Demokratlar partiyasını təmsil edən ermənipərəst konqresmen Adam Şiffin hərəkətini pisləyən qətnamə qəbul edib. “Trendagentliyinin məlumatına görə, A.Şiff Konqresin aşağı palatasında keçmiş prezident Donald Trampın Rusiya ilə əlaqələrini araşdıran kəşfiyyat komitəsinin sədri olub.

Qətnamədə Adam Şiffə qarşı Amerika xalqını aldatdığına görə ittihamlar əks olunub. Konqresin müvafiq komitəsi konqresmenin hərəkətləri ilə bağlı araşdırma aparmaq niyyətindədir.

Xatırladaq ki, 2019-cu ilin fevralında ABŞ-da ermənipərəst lobbiçisi Adam Şiff keçmiş prezident D.Trampla Rusiya arasında mümkün maliyyə əməliyyatlarının araşdırılmağa başlandığını bəyan etmişdi.

Adam Şiff həmçinin 2020-ci ildə Senatda Donald Trampın impiçmenti üzrə məhkəmə prosesində aşağı palatanı təmsil edən yeddi ittihamçıdan biri təyin edilmişdi. Nəticədə yuxarı palata keçmiş prezidentə bəraət qazandırıb.

 

TÜRKİYƏNİN KAMİKADZE DRONUNUN SINAQLARI UĞURLA HƏYATA KEÇİRİLİB

Türk müdafiə sənayesi çərçivəsində inkişaf etdirilənDELİkamikadze dronu atış sınaqlarını uğurla başa vuraraq xidmətə hazır vəziyyətə gətirilib. Bu barədəTrendagentliyi məlumat yayıb.

TürkiyəninTitra Teknolojişirkəti il yarım əvvəlDELİtaktik kamikadze sistemi layihəsinə başlayıb. Bu dron ilk dəfə 2022-ci ilin oktyabr ayında keçirilənSAHA EXPOsərgisində nümayiş olunub.

TÜBİTAK SAGEtərəfindənDELİdronu üçün yüksək zərbə radiusuna malik döyüş başlığı hazırlanıb.

DELİmodul quruluşu sayəsində asanlıqla daşına bilir 15 dəqiqədən az müddətdə istifadəyə hazır olur. Təhlükəsizlik səviyyəsi artırılan dronun sürəti saatda 80 kilometrdir. Maksimum sürəti isə 180 kilometrə çatır. Bu kamikadze dronu əməliyyat hündürlüyü maksimum 3500 metr olan döyüş meydanına girməyə hazırlaşır.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.