Respublikanın 12 rayonunda arpa biçini başa çatıb
Digər xəbərlər

Respublikanın 12 rayonunda arpa biçini başa çatıb

Taxıl zəmilərinin 33 faizində biçin yekunlaşıb, sahələrdən 1 milyon tondan çox məhsul yığılıb. 22 iyun KTN-dən bildirilir.

Bölgələrdə taxıl biçini davam edir. Artıq payızlıq əkin sahələrinin 33 faizində biçin başa çatıb. Bugünədək sahələrdən 728937 ton arpa, 366037 ton buğda yığılıb. Ölkə üzrə payızlıq arpa sahələrinin 60 faizində, buğda sahələrinin isə 16 faizində biçin başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 30.2 sentner, buğda üzrə isə 34.4 sentner təşkil edir.

Artıq payızlıq arpa əkini aparılmış 12 rayonda arpa biçini tam yekunlaşmaq üzrədir. Bu mövsüm İmişli rayonunda 18 min hektara yaxın sahədə taxıl əkilib. Bugünədək sahələrdən 11885 hektarında biçin başa çatıb. Sahələrdən 46 min tondan artıq məhsul yığılıb, taxıl üzrə orta məhsuldarlıq 38,8 sentner/ha təşkil edir. İmişli rayonunda arpa sahələrinin 95 faizində biçin prosesi yekunlaşıb. Hazırda rayonun taxıl sahələrində 24 kombayn cəlb olunub.

“Respublika”.