Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Xurşidbanu Natəvan

XIX əsr ədəbiyyatının görkəmli qadın şairəsi Xurşidbanu Natəvan... Papaqçıya ərə gedən, bir oğlunun itkisini yaşayan, digəri tərəfindən isə tərk edilən bu xanım  şairəmiz Azərbaycan mədəniyyəti tarixində rəssam kimi şöhrət tapıb...

Xurşidbanu Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsi olub. Şuşada anadan olan bu qız ailənin yeganə övladı Qarabağ xanlarının sonuncu vərəsəsi olduğu  üçün onu sarayda "Dürrü yekta" (Tək inci) çağırıblar. Xalq arasında isə Xan qızı adı ilə məşhur olub. Mehdiqulu xanın vəfatından sonra isə  onun bütün hüquqları qızı Xurşidbanuya keçib.

O, təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə ad çıxarmışdı. Natəvan kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər, Şuşaya su  çəkdirmişdi. Onun çəkdirdiyi bulaq "Xan qızı bulağı" adı ilə məşhur idi.

Deyirlər ki, qızılgülün lap təzəcə çıxdığı vaxt bir nəfər fəqir adam Xurşidbanu Natəvana bir dəstə qızılgül gətirir. Xan qızı ona təşəkkür etdikdən sonra 100 manat da bağışlayır. Kişi xanıma dua edərək, xudahafizləşib gedir. Bunu görən ev darğası deyir: "Xanım, o qızılgülün qiyməti lap yuxarısı 2 şahıdır. Bir dəstə gülə 100 manat verməniz məni çox təəccübləndirdi. Səxavətin bir sərhədi var".  Natəvan cavabında deyir: "Bizim yerlərdə səxavəti pulla ölçməzlər, bunu yaxşı bilirsən. O kişi ehtiyac içində boğulur. Gülü bəhanə edərək mənim yanıma gəlmişdir. Onu heç cürə əliboş yola salmaq olmazdı. Hər kasıbı sevindirəndə aldığım həzzin dərəcəsi ölçüyə gəlmir".

Həyatı boyu iki dəfə ailə quran  şairənin birinci evliliyi öz istəyi ilə olmayıb. Deyilənlərə  görəhəmin dövrdə xarici daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirildiyindən Xurşidbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilib. Belə bir ehtimal da vardır ki, Vorontsovun şəxsi yavəri Xasay bəy Tiflisdə onlara mülk iddialarında kömək göstərib bunun müqabilində Xurşidbanuya evlənməyi təklif edib. Xasay xanla evlənən Natəvan dörd il övlad arzusu ilə alışıb-yanıb. Hər gün Allaha dua edən Xan qızının nəhayət, Mehdiqulu xan Xanbikə adlı iki övladı dünyaya gəlib

Anasının vəfatından sonra ailəsinin təkidi ilə Xasay  vətəni Dağıstana döndüyü zaman həyat yoldaşı Xurşidbanunu da özü ilə aparmaq istəyib. Lakin Xan qızı Dağıstanda həmişəlik yaşamağı qəbul etmədiyi üçün onlar ayrılıblar. Sonralar isə Xan qızı könlünə yatan Seyid Hüseyn adlı kasıb bir şuşalıya ərə gedir. Bəziləri Seyid Hüseynin Natəvanın nökəri, faytonçusu olduğunu da iddia ediblər. Dəqiq faktlar göstərir ki, Seyid Hüseyn sənətkar-papaqçı olub. Bu evlilikdən isə Natəvan xanımın üç oğlu dünyaya gəlib. Hətta Onun Seyid Hüseynə ərə getməsi bəy mülkədarların qəzəbinə   səbəb olubmuş. Onlar Natəvanın ailə üzvləri arasına nifaq salmış, bu səbəbdən oğlu Mehdiqulu xan baş götürüb evdən gedib. Bir sözləşairə ömru boyu qınaq töhmətlərdən yaxa qurtara bilməyib.

Seyid Hüseyndən olan oğlu Mir Abbas  17 yaşında vəfat edib. Onun ölümü Xan qızına ağır təsir etdiyindən uzun müddət  dərddən özünə gələ bilməyib. Oğlunun ölümündən sonra kədərli şeirlər yazmağa başlamış özünə Natəvan (zəif, gücsüz) təxəllüsünü götürmüşdür.

Xurşidbanu Natəvanın həyatındakı maraqlı faktlardan biri onun Bakıda məşhur fransız yazıçısı Aleksandr Düma ilə görüşməsi olub. Xasay xanın mükəmməl fransız dili bilgisi nəticəsində onlar dostlaşmışdılar. Dümanın "Qafqaza səyahət" kitabında bu görüş haqqında məlumat öz əksini tapıb.

Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaltmış, onu həyat işığına həsrət qoymuşdur. Bütün bu çətinliklər, maddi mənəvi sıxıntılar nəticəsində  daxili iztirabları getdikcə şiddətlənən Natəvan 65 yaşında Şuşada vəfat edib. Dəfn mərasimində iştirak edən camaat hörmət əlaməti olaraq, şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparıb. Xan qızı Ağdamda "İmarət" deyilən ailə qəbiristanlığında dəfn olunub.

 

Henrix Heyne

"Məni alman dilində öpər elə o dildə deyərdilər: "Mən səni sevirəm!.." yazsa da, Fransada dəfn edilməyə məhkum olan   alman şairi jurnalisti Kristian İohan Henrix Heyne...

Heyne Düsseldorf şəhərində yəhudi taciri Samson Heynenin ilk övladı olaraq dünyaya gəlmişdir. İlk təhsilini yerli katolik liseydə almış elə orada da  balaca Heynedə xristian dininə rəğbət yaranmışdır. Ancaq işə baxın ki, bu vətənpərvər gənc Almaniya-Fransa müharibəsində Napoleonun məğlubiyyətindən məyusluğa uğrayır. Bir zamanlar onu Napoleon ordusunun generalı kimi görmək istəyən valideynləri həmin məğlubiyyətdən sonra Henrix üçün tacir peşəsini seçirlər. Bu səbəbdən   milyonçu əmisinin yanına ticarət öyrənməyə yollanır, ancaq heç bir ümidverici fəaliyyət göstərə bilmir elə o vaxtdan özünü yalnız şair kimi görüb-tanımağa başlayır.

Öz zərif şeirlərilə hərb havalı alman dilini xeyli lirikləşdirmiş bu şair  Qöttingen Universitetinə daxil olsa dabir il sonra tarixə düşmüş "duel əhvalatı"na görə oranı tərk etməli olur. Belə ki, o dövrdə Almaniyada yəhudilərə qarşı olan münasibətə görə öz əslini gizlətməyə çalışan Heyne onu yəhudi olduğuna görə təhqir edən tələbə yoldaşını duelə çağırır. Buna görə universitetdən xaric edilir (qarşı tərəf isə təhsildən vur-tut bir semestr kənarlaşdırılır).

Daha çox "Su pərisi" şeiri ilə bütün ədəbi aləmdə məşhurlaşan şair açıq-aydın şəkildə Napoleona olan rəğbətini bildirdiyi üçün əsərlərinə Almaniyada yasaq qoyulur oParisə köçür. Burada başlanan "ikinci yaradıcılıq mərhələsi"ndə, onun dünyəvi küskünlüyündə böyük rol oynamış Almaniyaya xiffəti yer alır: "Mənim gözəl ana vətənim vardı, Orada hündür palıd ağacları bitərdi. Məni alman dilində öpər elə o dildə deyərdilər: "Mən səni sevirəm!..". Həmçinin satira ustası olan  Heyne həyat yoldaşına ünvanladığı ən ironik vəsiyyətlərdən birinin müəllifi kimi tarixə düşüb. O, 44 yaşında hamının Matilda adlandırdığı 26 yaşlı Kseniya Yevgeni Mira ilə ailə həyatı qurub. Heynenin dostlarının dediyinə görə, qız onun kimi savadlı olmayıb. Matilda hətta oxumağı belə bacarmayıb. Buna görə bütün həyatı boyu Heynenin bir əsərini oxumayıb. Üstəlik, o, kaprizli, cəld çox tez əsəbləşən qadın olub. Buna baxmayaraq, Heyne onu sevirmiş.

İyirmi ildən çox Matilda ilə yaşayan Heyne bir gün arvadına pis oyun oynamaq qərarına gəlib. O, özü hekayəni bu cür danışıb: "Kilsədən qayıdandan sonra vəsiyyətnamə yazdım. Bütün əmlakımı həyat yoldaşıma buraxdım. Bir şərtlə: mənim ölümümdən sonra mütləq yenidən evlənməlidir. Əmin olmaq istəyirdim ki, dünyada heç olmasa bir nəfər mənim vəfatıma üzülüb deyəcəkmi: "Yazıq, Heyne niyə bizi tərk etdi? Sağ olsaydı, arvadını almazdım!". Bu vəsiyyət bir dahi zarafat olaraq tarixdə qalıb. Matilda isə Heynenin bütün mirasına sahib olub bir daha evlənməyəcəyini açıqlayıb. Parisdə Heyne əsasən "Augsburger Allgemeine Zeitung" qəzetinin xarici müxbiri kimi çalışmış Avropanın məşhur şəxsiyyətləri ilə (Düma, Humboldt b.) tanış olmuşdur. Ancaq iki il sonra onu ölümə doğru aparan xəstəliyin simptomları başlanır; görmə qabiliyyəti tamamilə zəifləyir, işgüzarlığı məhdudlaşır, 8 il yatağa məhkum olurXəstəliyi daha da şiddətlənən Heyne müxtəlif kurortlara getsə səhhətində heç bir irəliləyişə nail ola bilmir əsəbləri tamamilə pozulur. Hətta şeirlərinin birində yataqda keçirdiyi illəri  "Yataq qəbri" adlandırır. Heyne özünün sifilis xəstəliyinə tutulmasını desə , 58 yaşlı şairin vəfatından sonra evində tapılan sənədlərin araşdırılması daha çox vərəm xəstəliyinin əlamətlərini göstərmişdir. Şairin bu yalanı  söyləməsinin səbəbi isə hələ naməlum olaraq qalır...

 

Edit Varton

Amerikanın tanınmış yazıçısı modelyeri Edit Varton... Daha çox "Məsumiyyət çağı" adlı romanı ilə məşhurlaşan bu xanım yaradıcılığı ilə yanaşıölmüş  itlərinin kabusları ilə söhbət etməsi ilə yaddaşlarda qalıb.

Amerikada imkanlı bir ailədə dünyaya gələn yazıçı hələ uşaq ikən valideynləri ilə birgə demək olar ki, bütün  Avropa ölkələrini gəzib. Amma bu səyahətlər balaca Editə çox baha başa gəlib. Belə kiyoluxduğu tif qızdırması üzündən bir müddət həyat mücadiləsi verən balaca qızcığaz  sağalsa da, sonralar dəhşətli kabuslar görməyə başlamış, uzun illər qaranlıqda yatmaqdan qorxmuşdur. Bəlkə qarşıdakı illərdə onda yaranan psixoloji problemlərin qaynağı elə bu imiş...

O, bir çox roman hekayələr yazmışdır. Ən məşhur romanı isə "Məsumiyyət çağı" adlı romandır. Bu romana görə yazıçı  Kolumbiya Universiteti tərəfindən Pulitser mükafatı ilə təltif olunmuşdur. O, həmçinin "Bunner Bacıları" adlı digər bir romanın da müəllifidir. Həyatının çox hissəsini Fransada  keçirən Edit Henri Ceyms, Andre Jid, Ernest Heminquey kimi dövrünün  məşhur yazıçıları ilə yaxın dostluq münasibəti qurmuşdur.

Yazıçı özündən on iki yaş böyük Edvard (Teddi) Robbins Uorton adlı kişi ilə evlənib. Lakin bu izdivac çox da uzun sürməyib. Belə ki, əri tərəfindən dəfələrlə fiziki zorakılığa   xəyanətə məruz qalan yazıçı boşanmaq məcburiyyətində qalıb. Uğursuz evliliyindən sonra başını götürüb Parisə gedən yazıçı Amerikanın  məşhur qəzetlərindən birinin  jurnalisti Uilyam Morton Fullerton ilə dillərə dastan olan eşq macərası yaşayıb.

Deyilənlərə görə, yazıçı itləri o qədər sevib ki, yataq otağının pəncərəsi ilə üzbəüz yüksələn təpədə onlar üçün it qəbiristanlığı tikdirib bir çox əsərlərini burada yazıb. Hər səhər yuxudan oyandıqdan sonra saat 11-ə kimi ölmüş itlərinin (belə deyirdi) "kabuslarına" baxıb, onlarla söhbət edib.

75 yaşında insult nəticəsində vəfat edən yazıçı vəsiyyətnaməsinə əsasən  Fransada yaxın dostu Valter Berrinin yanında dəfn edilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".