DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

G7”dən RUSİYAYA NÜVƏ MÜHARİBƏSİ İLƏ BAĞLIÇAĞIRIŞ

G7” ölkələri Rusiyanı həm sözdə, həm əməldə nüvə müharibəsinin qalib gələ bilməyəcəyini başlamamalı olduğunu təsdiq etməyə çağırır. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədəBöyük Yeddilikölkələrinin xarici işlər nazirlərinin qəbul edilmiş birgə bəyanatında qeyd olunur.

Biz beş nüvə dövlətinin 3 yanvar 2022-ci il tarixli silahlanma yarışının nüvə müharibəsinin qarşısının alınması ilə bağlı birgə bəyanatını xatırladaraq bildiririk ki, bu müharibədə qalib olmayacaq”, - deyə sənəddə vurğulanır.

Eyni zamanda, XİN başçıları Rusiyanı bəyanatda qeyd olunan prinsipləri sözdə əməldə bir daha təsdiqləməyə çağırıblar.

G7” xarici işlər nazirləri həmçinin nüvə sahəsində Rusiyanın mülki məhsullarından imtina etmək planlarını təsdiqləyiblər.

Bununla yanaşı, “Böyük Yeddilikölkələri Pxenyanın ballistik raketlərin buraxılışını pisləyərək, KXDR-in tam nüvəsizləşdirilməsinin həyata keçirilməsinə tərəfdar olduqlarını, həmçinin Rusiyaya qarşı sanksiyaları gücləndirmək Ukraynaya dəstəyi davam etdirmək barədə razılığa gəliblər.

 

MAKRONUN AÇIQLAMASI ETİRAZLARI DAHA DA ALOVLANDIRDI

Fransada pensiya islahatlarına etiraz edən vətəndaşlar yenidən Paris küçələrinə axışıblar. “Teleqraf.comun xəbərinə görə, bu dəfə etirazlara səbəb prezident Emmanuel Makronun tələsik qərar verməsinin səbəblərini vətəndaşlara izah etməyə çalışan çıxışıdır.

Məlumata əsasən, Fransa prezidenti xalqa müraciəti zamanı islahatın cəmiyyət tərəfindən aydın şəkildə qəbul edilmədiyini bildirərək, qeyd edib ki, bununla bağlı konsensusun tapılmaması təəssüfləndirici haldır.

Emmanuel Makron çıxışı zamanı bildirib ki, ölkədə pensiya islahatı haqqında qanun 2023- ilin payızında qüvvəyə minəcək.

Bunun ardınca, fəallar əvvəlcə Paris meriyasının binasına yaxınlaşaraq orada ekspromt konsert təşkil ediblər, daha sonra sərt şüarlar səsləndiriblər. Küçələri dolaşan axına yüzlərlə vətəndaş qoşulub.

Hazırda Fransanın paytaxtında gərginlik hökm sürür. İnsanlar zibil qablarını avtomobilləri yandırırlar.

 

ÇİN LİDERİ KXDR-LƏ İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİ İNKİŞAF ETDİRMƏYƏ HAZIRDIR

Çin Sədri Si Cinpin Şimali Koreya lideri Kim Çen Ina teleqram göndərərək, ikitərəfli münasibətləri inkişaf etdirməyə hazır olduğunu bildirib. “Reportagentliyinin xəbərinə görə, bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Bildirilir ki, Si Cinpin teleqramında qeyd edib ki, KXDR Çinmehriban qonşudur”. Bundan əlavə, Çinin sədri dostluq əməkdaşlığın inkişafına, eləcə onların daim yeni səviyyəyə yüksəlməsinə kömək etməyə hazırdır.

Eyni zamanda, Çin lideri regionda, eləcə dünyada sülhün, sabitliyin rifahın möhkəmləndirilməsinə töhfə verməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, bu ərəfədə KXDR lideri Si Cinpini yenidən Çin Xalq Respublikasının sədri seçilməsi münasibətilə təbrik edib. Kim Çen Inın sözlərinə görə, “iki ölkə sıx dəstək həmrəyliyi qoruyaraq, sosializmin ümumi işini müdafiə edir təbliğ edir”. O, KXDR Çin arasında dostluq münasibətlərinin bundan sonra dadərinləşəcəyinə inkişaf edəcəyinəümidvar olduğunu bildirib.

 

BAXMUT UĞRUNDA ŞİDDƏTLİ DÖYÜŞLƏR DAVAM EDİR

Rusiya dəstəkliVaqnermuzdluları Baxmut şəhərinin şimalına doğru irəliləyərək müəyyən uğurlar əldə ediblər. “Teleqraf.comxəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (MAİ) məlumat yayıb.

Bildirilir ki, “Vaqnerin hücum bölmələri Baxmutun şimal-qərbində mərkəzində iki qəsəbəni ələ keçiriblər. Hazırda Baxmutun mərkəzində dəmir yoluna nəzarət uğrunda şiddətli döyüşlər gedir. Rusiyanın nizami qüvvələri isə şəhərin şimalında mövqe döyüşləri aparır.

Eyni zamanda, “Vaqnerqüvvələrinin lideri Yevgeni Priqojin isə muzdlularının Baxmut daxilində yavaş irəlilədiklərini açıqlayıb. MAİ-nin hesablamasına görə, Priqojin bununla artilleriya mərmilərinin tədarükünü gücləndirmək üçün Rusiya Müdafiə Nazirliyinə təzyiq edir. “Vaqnerlideri gündə 100-200 metrdən çox irəliləmək üçün qeyri-müəyyən müddətə ən azı 6000 mərmi lazım olduğunu söyləyib.

Xatırladaq ki, Baxmut şəhəri uğrunda döyüşlər ötən ilin yayından gedir. MAİ şəhərin 80 faizə yaxınının Rusiya Vaqnerqüvvələri tərəfindən işğal olunduğunu ehtimal edir.

 

RZA PƏHLƏVİ: TEHRANDAKI REJİM İRAN XALQINI TƏMSİL ETMİR

ABŞ-da yaşayan İranın sonuncu şahının oğlu Rza Pəhləvi İsrailə səfər edib. “Teleqraf.comun verdiyi xəbərə görə, devrilmiş taxtın vəliəhdi indiyə qədər yəhudi dövlətinə açıq səfər etmiş ən yüksək rütbəli iranlıdır.

Məlumata əsasən, Rza Pəhləvi Yad Vaşem Holokost Muzeyində baş tutan Holokostu Anma Gününün başlanması ilə bağlı rəsmi dövlət mərasimində iştirak edib.

Bildirilir ki, mərasimdən sonra açıqlama verən Rza Pəhləvi Tehrandakı rejimin İran xalqını təmsil etmədiyini vurğulayıb. Onun sözlərinə görə, hazırkı İran rejimi Holokostu tanımadığından, xalqı adından İsrailə dəstəyini göstərməyi şəxsən öz vəzifəsi hesab edir.

Bu gün, Holokostu inkar edən bir rejimə malik olduğumuz zaman, Holokost qurbanlarının xatirəsini ehtiramla yad etmək yəhudi xalqına ehtiram göstərmək üçün burada həmyerlilərimi təmsil etmək mənim borcumdur”, - deyə Rza Pəhləvi bəyan edib.

 

TÜRKİYƏDƏKİ SEÇKİLƏRDƏ 64 MİLYONDAN ÇOX SEÇİCİ İŞTİRAK EDƏCƏK

Türkiyədə mayın 14- keçiriləcək prezident parlament seçkilərində ümumilikdə 64 milyon 113 min 941 nəfər səsvermədə iştirak edəcək. “Trendagentliyinin məlumatına görə, bu barədə Türkiyənin Ali Seçki Şurasının sədri Ahmet Yener bildirib.

Verilən xəbərə görə, seçicilərin 30 milyon, yəni 50,60 faizini qadınlar təşkil edir. Kişi seçicilərin sayı isə 29 milyon (49,40 faiz) nəfərdir. İlk dəfə səsvermədə iştirak edəcək vətəndaşların sayı isə 4 milyon nəfərdən çoxdur.

Bununla yanaşı, bildirilir ki, 973 vilayət 1094 dairə seçki komissiyasında ümumilikdə 191 mindən çox seçki qutusu komissiyası yaradılacaq.

Eyni zamanda, Ahmet Yener bildirib ki, xaricdə 3,4 milyondan artıq seçici səsvermədə iştirak edəcək.

Məlumat üçün qeyd edək ki, Türkiyədə prezident parlament seçkiləri seçkiləri 14 may 2023- il tarixində keçiriləcək. Türkiyə prezidenti Ədalət İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan, “Memleket” partiyasının rəhbəri Muharrem İnce, Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Kamal Kılıçdaroğlu, Ata İttifaqının namizədi Sinan Oğanın namizədliyi təsdiqlənib.

 

KÜVEYT PARLAMENTİ YENİDƏN BURAXILIB

Küveytin vəliəhd şahzadəsi Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah 2020-ci ildə seçilən parlamentin yenidən buraxılması haqqında sərəncam imzalayıb. Bu barədəReportagentliyi məlumat yayıb.

Şahzadə bildirib ki, Ali Məhkəmənin bərpa etdiyi qanunverici orqanın buraxılmasına dair qərar qəbul edib. O, həmçinin əlavə edib ki, yaxın aylarda yeni parlament seçkilərin tarixi açıqlanacaq.

Qeyd edək ki, 2022-ci ilin yayında qanunverici orqanın vergi islahatlarını təşviqdən imtina etməsindən sonra Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah erkən seçkilər elan etmişdi.

Verilən xəbərə görə, sonuncu seçkilərdə müxalifət 50 deputat yerindən 28-ni qazanmışdı. Ali Məhkəmə həmin seçkilərin nəticələrini şeyxin qərarını ləğv etmişdi. Ona görə 2020-ci ildə seçilən deputatlar fəaliyyətini davam etdirirdi.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.