Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Ölkələrin maraqlı Ramazan adətləri

Dünyada bir çox müsəlman ölkələri var. Bu ölkələrin əhalisi eyni dinə etiqad etsələr , 11 ayın sultanı Ramazan ayını fərqli adət-ənənələrlə qarşılayırlar. Budur, ən diqqətçəkən Ramazan ənənələri...

Əgər bu müqqəddəs ayda Misirə yolunuz düşərsə, demək olar ki, ölkənin hər yerinin  fanus adlanan dəbdəbəli fənərlər rəngli kağızlarla bəzədildiyini görə bilərsiniz. Birlik-bərabərlik xoşbəxtliyi simvolizə edən bu fənərləri misirlilər Ramazan ayında niyyətlərinin yerinə yetməsi  üçün istifadə edirlər.

Yəməndə isə Ramazan ayında kişilərin gözlərinə sürmə çəkdiyini görsəniz, heç təəccüblənməyin. Yəmən kişiləri əsrlərdir ki, Ramazan ayında Məhəmməd peyğəmbərin gözünə sürmə çəkmək ənənəsini davam etdirirlər. Məhz bu səbəbdən Yəməndə Ramazan ayı başlayanda  məscidlərin həyətində tez-tez sürmə çəkənlərə rast gəlmək mümkündür.

Pakistanda da Ramazan bayramı təmtəraqla qeyd olunur. Hələ Ramazan ayı gəlməmiş məscidlər təmizlənir, bəzənir. Həmçinin, Ay Gecəsi adlanan Çaand Rat dövründə müsəlmanlar yeni ayı gözləmək üçün açıq ərazilərə toplaşırlar. Təzə ay görünəndə qadınlar Şəvval ayının gəlişini qeyd etmək üçün Mehndi adlandırdıqları xına ilə əllərinə gözəl rəsmlər çəkirlər. Pakistanda Ramazan süfrəsini Celibi adlı desert növü Pakora adlanan yeməklər olmadan təsəvvür etmək olmaz.

Qırğızıstanda Ramazan ayında əsrlərdir davam edən bir ənənə vardır. "Ca Ramazan" adlanan bu ənənədə uşaqlar gənclər Ramazan ayının 15-ci günündən sonra kütləvi şəkildə küçələrdə dolaşır, musiqi alətlərinin müşayiəti ilə müxtəlif ölkələrə məxsus  dua, istək niyyəti özündə əks etdirən bayatılar oxuyurlar.

İndoneziyada isə illərdir davam edən ən maraqlı ənənələrdən biri Padusandır. Padusan bir növ təmizləmə ritualıdır. İnsanlar çay, göl kimi yerlərdə yuyunur təmizlənirlər. Bu yolla onlar Allaha daha yaxın olduqlarına inanırlar. Ölkədə hər il Ramazan ayında keçirilən başqa bir adət isə atəş futboludur. Bu ənənədə futbol topu əvəzinə yanan hind qozundan (kokos) istifadə olunduğu üçün oyun hava qaralandan sonra keçirilir.

Bu adətlər qədər bir-birindən fərqlənsə hər biri Ramazan bayramına ayrı bir gözəllik rəng qatır.

 

Barmaqlarımız xarakterimizdən xəbər verir

Aparılan araşdırmalar zamanı məlum olub ki, barmaqların ölçüsü ilə bəzi xasiyyət sağlamlıq göstəriciləri arasında əlaqə var.

Alimlərin sözlərinə görə, ana bətnində olduğu zaman dölə kişi hormonu (testosteron) ya qadın hormonları (estrogenlər) təsir edə bilər ki, bu da uşağın inkişafı, onun müxtəlif orqan sistemlərinin formalaşmasında böyük əhəmiyyət kəsb edir. Uşaq doğulanda isə bu, onun xasiyyətində sağlamlığında özünü büruzə verir.

Araşdırmalar göstərib ki, ana bətnində olarkən testosteronun (kişi hormonu) təsiri daha çox olduqda doğulan körpədə şəhadət barmağı adsız barmaqdan daha qısa, estrogenlərin (qadın hormonları) təsiri daha çox olduqda isə şəhadət barmağı adsız barmaqdan daha uzun olur. Psixoloqlar adsız barmağı şəhadət barmağından uzun olan insanların aqressiv olduqlarını deyirlər. Əksər hallarda öz məqsədlərinə çatan bu insanlar daha çox pul qazanırlar. Uşaq vaxtı belə insanlar hiperaktiv olur bu səbəbdən məktəbdə problemlərlə üzləşirlər. Lakin dəqiq elmlərdə (riyaziyyat, fizika s.) onlar çox yaxşı nəticələr əldə edirlər. Bu qrup insanlar stresə daha davamlı olur vəziyyətdən tez çıxırlar.

Adsız barmağı şəhadət barmağından qısa olan insanlar isə daha sülhsevər sakit olur, konfliktlərdən qaçır, az pul qazanırlar. Bu insanlarda 1-ci qrupla müqayisədə ürək-damar sistemi xəstəliklərinə, depressiyalara daha tez-tez təsadüf edilir. Bu insanlar humanitar fənlərə (dillər, tarix s.) daha çox meyil göstərirlər.

 

Qeyri-adi şəkildə ölən məşhurlar

Ölüm hər bir insanın qaça bilməyəcəyi sonluqdur. İnsanların özləri kimiölümləri fərqli olur. Kimisi hansısa xəstəlikdən, kimisi qəza nəticəsində, kimisi intihar edərək, kimisi isə qətllə dünyadan köçür. Lakin elələri var ki, qəribə, sıradan olmayan, ağlagəlməz  səbəbdən dünyasını dəyişir. Gəlin, bir neçə məşhurun qeyri-adi ölüm faktlarına nəzər salaq...

Çinin məşhur şairi Li Pon maraqlı bir  ölüm səbəbindən vəfat edib. Şair spirtli içkinin təsirində ikən Yantszı çayında suda əks olunan Ayla qucaqlaşmaq istəyərkən boğulub ölüb. Frantisek Kotzvara adlı gitaraçı da boğularaq vəfat edib. Lakin onun boğulma səbəbi  tam fərqlidir. Belə ki, gitaraçı qızla öpüşərkən boğulub dünyasını dəyişibE.ə. 207-ci ildə isə yunan filosofu Xrissip  eşşəyinin əncir yediyini gördükdən sonra gülməkdən ölübmüş.

ABŞ-ın 12-ci prezidenti Zakari Teylor isə boğazının bəlasına düşüb. Prezident tədbirlərin birində o qədər dondurma yeyib kimədəsində yaranan güclü ağrılar nəticəsində dünyadan köçüb. İsveç kralı Addolf Frederiki yeməyə olan sevgisi  ölümə sürükləyib. Kral həddindən çox yemək səbəbindən həyatla vidalaşıb. Məşhur yazıçı Şervud Anderson isə məclislərin birində təsadüf nəticəsində diş çöpü udduğuna görə ölüb.

Məşhur detektiv Allan Pinkertonun ölüm səbəbi maraqlıdır. O, ayağı ilişərkən dilini dişləyib bu yaranın qanqrenaya çevrilməsi nəticəsində həyatını itirib. İsveç kimyaçısı Şeelin isə  qəribə vərdişinin güdazına gedib. Belə ki, kimyaçı hər ixtira etdiyi məhlulun mütləq dadına baxırmış. Son ixtira etdiyi məhlul isə zəhər olub...

 

Sən demə, beynimiz buna da qadir imiş...

Bu yaxınlarda aparılan araşdırma zamanı məlum olub ki, beynimiz bir göz qırpımında saxta xatirələr yarada bilir.

"Science Alert" saytının yaydığı xəbərə görəHollandiyanın Amsterdam Universitetinin alimlərinin rəhbərliyi ilə aparılan təcrübələrə 534 nəfər  cəlb edilib. Sınaqda iştirak edənlərə latın hərflərinin həqiqi  güzgüyə əks olunmuş tərsinə şəkilləri göstərilib. Nəticədə iştirakçıların güzgüdə əks olunmuş hərfləri həqiqi kimi xatırlamağa meyilli olduqları məlum olub.

Tədqiqatçılar iştirakçılardan bəzilərini çaşdırmaq üçün onlara təsadüfi hərflər göstəriblər. Daha sonra isə respondentlərdən ilk göstərilən hərfi təkrar söyləmələri istənilib. Demək olar ki, iştirakçıların 20 faizində göstərilən ilk hərflə bağlı təxminən yarım saniyə sonra saxta yaddaş meydana gəldiyi, 3 saniyə sonra isə bu hesabın 30 faizə qədər yüksəldiyi qeyd edilib.

Mütəxəssislər insan beyninin görmək istədiyi şeyə uyğun olaraq xatirələri "saxta xatirələrlə" əvəzlədiyini düşünürlər. "PLOS One" jurnalında dərc edilən araşdırmanın nəticələri qısamüddətli yaddaşın əslindəinsanların görmək istədiyinə uyğun formalaşdığını göstərib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".