Atlantik okeanında miqrant fəlakəti baş verib.
“Respublika” “Hürriyet”ə istinadən xəbər verir ki, Kanar adalarından təxminən 100 kilometr cənubda, Atlantik okeanında qayığın batması nəticəsində təxminən 50 qeyri-qanuni miqrant itib.
Səhər saatlarında bölgədə ticarət gəmisindən gələn zəngdən sonra İspaniya xilasetmə qrupları bölgəyə bir vertolyot göndərib və batan qayığa yapışan 9 immiqrant xilas edilib.
İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, yanvarın 1-dən aprelin 15-dək dəniz yolu ilə İspaniyaya 16 min 621 qeyri-qanuni immiqrant gəlib. Bildirilib ki, bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 11 min 681 nəfər çoxdur.
Röya RÜSTƏMLİ,
“Respublika”.