Rusiya Qarabağda vəziyyətin sabitləşməsi barədə Türkiyə, Ermənistan və Azərbaycanla sıx əlaqə saxlayır
Siyasət

Rusiya Qarabağda vəziyyətin sabitləşməsi barədə Türkiyə, Ermənistan və Azərbaycanla sıx əlaqə saxlayır

Rusiya Qarabağda vəziyyətin sabitləşməsi barədə Türkiyə, Ermənistan və Azərbaycanla sıx əlaqə saxlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib: “Biz Ankara, Bakı və Yerevan ilə sıx əlaqədəyik və hesab edirik ki, atılan hər bir addım Cənubi Qafqazda bundan sonrakı vəziyyətin sabitləşməsinə, infrastrukturun, nəqliyyat logistikasının inkişafına, bütövlükdə vəziyyətin düzəlməsinə kömək olmalıdır və gərginliyin artmasına səbəb ola biləcək hər hansı elementləri özündə əks etdirməməlidir”.

AZƏRTAC