12 Aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür
Digər xəbərlər

12 Aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür

Bu gün xüsusi bir tarixaerokosmik sənaye ilə məşğul olan bütün insanların Yerə yaxın kosmosun fəth tarixini xatırlayanların, kosmonavtikamızın nailiyyətləri ilə fəxr edənlərin, maraqlananların günüdür.

12 Aprel Ümumdünya Aviasiya Kosmonavtika günüdür. Bu tarix Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması günüdür.

4 oktyabr 1957-ci ildə Yer peyki Sputnik I kosmosa buraxıldı bununla da kosmosun tədqiqinə yol açıldı. 4 il sonra, yəni 12 aprel 1961-ci ildə isə Yuri Qaqarin Yer kürəsini orbitə çıxaran ilk insan oldu. O, orbitə çıxaraq 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib uğurla Saratov əyalətində yerə endi. Yuri Qaqarindən sonra 32 ölkədən yüzlərlə kosmonavt səmaya uçuş həyata keçirib. Qaqarinin uçuşu sovet kosmik proqramının zəfəri idi kosmosun tədqiqi tarixində yeni bir dövr açdı. Y.Qaqarin Sovet İttifaqında bütün dünyada məşhur bir şəxsiyyət oldu. Dünyanın nüfuzlu qəzetləri onun tərcümeyi-halı kosmosa uçuşu barədə məqalələr dərc etdilər. Moskva SSRİ-nin digər şəhərlərində İkinci Dünya müharibəsinin qələbə paradlarından sonra miqyasına görə ikinci yerdə olan kütləvi nümayişlər keçirildi. Y.Qaqarini yüksəkrütbəli məmurların uzun kortejinin müşayiəti ilə Kremlə apardılar burada təmtəraqlı mərasimdə Sovet lideri Nikita Xruşşov tərəfindən Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 1968-ci ildə Beynəlxalq Aviasiya Federasiyasının 61-ci konfransı bu günü Ümumdünya Aviasiya Astronavtika Günü kimi qeyd etməyi qərara aldı.

Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, 1917-ci ildə Bakıda anadan olub. Raket texnologiyası üzrə mütəxəssis olan K.Kərimov İkinci Dünya müharibəsi illərində məşhur "Katyuşa" reaktiv yaylım atəş sistemlərinin yoxlanılması qəbulu üzərində işləyib bu işinə görə "Qırmızı Ulduz" ordeni ilə təltif edilib. Sovet aeronavtikasının yarandığı gündən etibarən Kərim Kərimov bu sahə ilə məşğul olmağa başlayıb. İkinci Dünya müharibəsindən sonra o, Sovet qitələrarası ballistik raket proqramı üzərində işləyib. 1964- ildə SSRİ Müdafiə Nazirliyinin yeni yaradılmış Kosmik Qüvvələrinin Mərkəzi İdarəsinin rəisi olub. 1966- ildə Sergey Korolyovun vəfatından sonra K.Kərimov Pilot Uçuşlar üzrə Dövlət Komissiyasının sədri təyin edilmiş 25 il (1966-1991) ona rəhbərlik etmişdir. Kərim Kərimov eyni zamanda, 1965-1974- illərdə SSRİ Ümumi Maşınqayırma Nazirliyinin raket sistemlərinin yaradılması ilə məşğul olan baş idarənin rəisi olub. Ona həmçinin "Salyut" kosmos stansiyası proqramının idarə edilməsi həvalə olunmuşduAzərbaycanla əlaqələrini kəsməyən, Azərbaycan Milli Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzinə əlindən gələn köməkliyi göstərən general bu sahədə bir çox azərbaycanlı alimin yetişməsinə şərait yaratmışdır. Kərim Kərimov ömrünün sonunadək kosmik sahədə fəaliyyətini davam etdirmiş, Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olmuşdur. Təşkilati elmi fəaliyyətinə görə general-leytenant Kərim Kərimov Sosialist Əməyi Qəhrəmanı fəxri adına, iki dəfə Lenin ordeninə, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenlərinə layiq görülmüş çoxlu medallarla təltif olunmuşdur. Kərim Kərimov 2 dəfə dövlət mükafatı almışdır. O, həmçinin Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir.

General-leytenant Kərim Kərimov 2003- ildə Moskva şəhərində vəfat etmiş orada dəfn olunmuşdur.

Nəzrin CAVADZADƏ,

"Respublika".