Zaqatalada gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər
Region

Zaqatalada gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi yeni nəslə aşılanması, xalqımız dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 2023- il martın 29-da YAP Zaqatala rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotoşəkil kitablarla tanış olublar.

Daha sonra "Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan gəncliyi" mövzusunda dəyirmi masa keçirilib.

Xaqani KOSAYEV,

Respublika”.