Şəhid Hüseyn Tağıyevin ailəsi ilə yeni mənzildə görüş
Sosial həyat

Şəhid Hüseyn Tağıyevin ailəsi ilə yeni mənzildə görüş

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Vətən müharibəsində şəhid olan kəşfiyyatçı Hüseyn Oqtay oğlu Tağıyevin ailəsini ziyarət edib.

Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş, Aprel Tovuz döyüşlərində qəhrəmanlıq göstərmiş Hüseyn Tağıyev Vətən müharibəsi zamanı Füzuli uğrunda döyüşlərdə şəhid olub. Dövlət başçısının sərəncamları iləFüzulinin azad olunmasına görə”, “Vətən uğrundaCəsur döyüşçümedalları ilə təltif edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr kommunikasiya şöbəsindən verilən məlumatda qeyd olunur ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin ilk aylarından artıq Vətən müharibəsi şəhidlərinin ailələrinin, bu müharibə ilə əlaqədar əlilliyi olanların da mənzillə təminatı həyata keçirilir. Şəhid Hüseyn Tağıyevin kirayədə yaşayan ailəsi Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində 2 otaqlı mənzillə təmin edilib.

Yeni mənzildə keçirilən görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən, Vətən müharibəsində qəhrəman oğulların, o cümlədən Hüseyn Tağıyevin göstərdiyi şücaətlərdən danışılıb. Ailənin sosial vəziyyəti ilə maraqlanılıb. Onların yaşayışının bundan sonra da daim diqqətdə saxlanacağı vurğulanıb, şəhid ailəsinə digər sahələrdə dəstək göstərilməsi üçün qeydiyyat aparılıb.

Mustafa KAMAL,

Respublika”.