Qüdrətli Türkiyə: liderlə yola davam
Türk dünyası

Qüdrətli Türkiyə: liderlə yola davam

Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlayıb

Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib. Bununla da, ikinci dönəm yeni prezidentlik dövrü üçün səlahiyyətlərinin icrasına başlayıb. Mərasimə 21 dövlət başçısı, 13 Baş nazir bir sıra nazirlərlə yanaşı, aralarında Türk Dövlətləri Təşkilatı, NATO İslam Əməkdaşlıq Təşkilatı da olmaqla beynəlxalq təşkilatların nümayəndələri qatılıb. Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. "Dəyərli qardaşım, Azərbaycan Prezidentinə təşrif buyurduğu üçün təşəkkür edirəm". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində deyib. "Külliye" Türkiyə Prezidentinin İlham Əliyevlə görüşü zamanı salonu alqış sədaları bürüyüb.

Təntənəli  mərasimdə bəzi məqamlar diqqət çəkdi. Belə ki, qonaqlara Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi münasibətilə zərb edilən xatirə sikkəsi hədiyyə olundu. Türkiyə Prezidentinin səlahiyyətlərinin icrasına başlama mərasimindən sonra iştirakçıların şərəfinə şam yeməyi verildi. Şam yeməyində Azərbaycan musiqisi səsləndirildi. Şam yeməyindən sonra  Rəcəb Tayyib Ərdoğan yeni kabinetin tərkibini açıqladı. "Bu gün türk əsrinin uğurları üçün ürəkləri bizimlə döyünən bütün qardaş bacılarımızın duaları, xoş arzuları ilə ölkəmiz üçün yeni bir səhifə açıldı". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan tviter hesabında paylaşıb.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 1954- ildə anadan olub. O, 2003- ildən 2014- ilədək Türkiyənin Baş naziri, 2014 2018-ci illərdə dövlət başçısı seçilib. Türkiyə Cümhuriyyətinin 100 illik tarixində Ərdoğan hakimiyyəti daha uzunömürlü olub. 1991-ci ildən 2002-ci ilədək Türkiyədə 7 dəfə hökumət dəyişib. Bundan əvvəl isə Türkiyə hərbi çevrilişlərin baş verdiyi ölkə olaraq tanınırdı. Türkiyədə bu vəziyyətə 2002-ci il noyabrın 3- keçirilən parlament seçkiləri ilə son qoyuldu. Həmin siyasi kampaniyada Ədalət İnkişaf Partiyası (AK Parti) səslərin böyük əksəriyyətini qazandı. 21 il ərzində Rəcəb Tayyib Ərdoğanın başçılığı altında Türkiyə regional gücdən qlobal söz sahibi olan dövlətə çevrildi.

"Regionumuzda sülh sabitliyin hökm sürməsi üçün çalışacağıq". Biz diplomatik əlaqələrimiz vasitəsilə region ölkələri ilə iqtisadi ticari əməkdaşlığımızı gücləndirəcəyik. Dünən gecəyə kimi 110-a yaxın ölkə lideri ilə telefon diplomatiyası ya mesaj vasitəsilə söhbətlərimiz olub. Onların hamısı ilə razılaşmamız ondan ibarətdir ki, bundan sonra hər bir siyasi, hərbi, iqtisadi, ticarət mədəni sahədə birliyimizi çox daha güclü şəkildə davam etdirəcəyik", - deyə Ərdoğan vurğulayıb.

Qardaş ölkədə baş tutan prezident seçkisində  Rəcəb Tayyib Ərdoğanın parlaq qələbə qazanması, ümumilikdə türk dünyasının maraqlarına tamamilə uyğun olan geosiyasi vəziyyətin sabitliyinin qorunması, davamlılığının təmin olunması, ölkələrimizin bundan sonrakı inkişafı üçün əsaslı zəmin kimi qiymətləndirilir. Türkiyə seçicisi öz ölkəsinin daha da qüdrətli olmasına, dünyada artmaqda olan imicinə, türk dünyasının tərəqqisinə, həm   Azərbaycanla müttəfiqlik münasibətlərinin bundan sonra da sürətli inkişafına, Türkiyə-Azərbaycan tandemi ilə ortaya çıxan yeni reallıqların möhkəmlənməsinə, daimiliyinə, türklərin birliyinə, maraqlarına səs verdi. Bununla da, türk dünyasına qarşı düşmənlər tərəfindən hazırlanan məkrli planlar, bədniyyətlər puça çıxdı. Bu isə o deməkdir ki, Türkiyə başda olmaqla, bütövlükdə türk dünyasının çiçəklənməsinə bundan sonra daha geniş yol açılıb. Bu, Ərdoğanın partiyasının 2002-ci ildən bəri qatıldığı seçkidə qazandığı 17-ci qələbə idi. O, daha öncə Türkiyədə yerli, ümumi, referendum prezident seçkilərində qalib gəlib. Son prezident parlament seçkiləri ərəfəsi Qərb mediasından basqılara, xüsusilə iqtisadi vəziyyətin çətinliyinə, zəlzələnin yaratdığı əlavə problemlərə baxmayaraq, xalq Ərdoğana etimad göstərdi.

Ədalət İnkişaf Partiyasının hakimiyyətdə olduğu son 21 il ərzində Türkiyə əsrə bərabər inkişaf yolu keçmişdir. Türkiyə G-20 daxilində ÜDM-in artım tempinə görə ilk beşliyə daxildir dünyada 18-ci yeri tutur. Ərdoğan hökuməti Cümhuriyyətin 100 illiyində, 2023- ildə Türkiyəni dünyanın nəhəng 10-cu iqtisadiyyatına çevirməyi hədəf seçmişdi. Məhz cənab Ərdoğanın həyata keçirdiyi köklü iqtisadi islahatların nəticəsi olaraq ölkəyə investisiya axını davamlı xarakter alıb, ÜDM son 21 il ərzində iki dəfə, ixracat isə 10 dəfə artıb. Türkiyə son 21 il ərzində məhz cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında NATO çərçivəsində ikinci hərbi güc mərkəzi olmuşdur. Məhz cənab Ərdoğanın xarizmatik qətiyyətli liderliyi sayəsində Türkiyə dünya siyasətində regional oyunçudan qlobal aktora çevrilmişdir. Dünya liderlərinin həll edə bilmədiyi qlobal təhlükəsizlik məsələlərinin tənzimlənməsində Prezident Ərdoğanın xidmətləri misilsizdir. Rusiya-Ukrayna müharibəsi kontekstində Yaxın Şərqdə Afrika ölkələrində yaranmış ciddi buğda qıtlığı böhranının aradan qaldırılmasında Türkiyə liderinin fəaliyyəti həlledici rol oynamışdır. Eyni zamanda, Rusiya-Ukrayna dialoqunun təşkil olunması sahəsində Ərdoğanın atdığı addımlar sülh prosesinə ciddi töhfə olmuşdur. Bundan savayı, təxminən 4 milyon nəfərə qədər suriyalı qaçqına qucaq açıb, onların bütün təminatını üzərinə götürməklə, Türkiyə Prezidenti həm Avropanı böyük miqrasiya böhranından qorumuşdur

Azərbaycan Prezidenti  İlham Əliyev bu il martın 16-da şəxsi təşəbbüsü ilə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə xüsusi olaraq vurğuladı ki, "Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir. 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir. Eyni zamanda, dövlətimizin başçısı İlham Əliyev həmin yüksək səviyyəli tədbirdə Türkiyəni dünyada mühüm güc mərkəzlərindən birinə çevirmiş cənab Rəcəb Tayyib Ədoğanın qarşıdakı prezident seçkilərində növbəti dəfə xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq qalib gələcəyinə inamını ifadə edərək demişdir: "Əminəm ki, əziz qardaşım bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir".

Bu inam etimadın əsasında çox ciddi amillər dayanır. Dost qardaş olan dövlətlərimiz xalqlarımız arasındakı münasibətlər məhz iki nəhəng liderin - Prezidentlər İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın yorulmaz titanik fəaliyyəti sayəsində indiki strateji hərbi müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Hər iki ölkənin təşəbbüsü ilə regionun geosiyasi xəritəsinin dəyişən transkontinental layihələrin həyata keçirilməsi, strateji kommunikasiya dəhlizlərinin yaradılması istiqamətində birgə işlərin davam etdirilməsi Türkiyə Azərbaycanın bölgədə nüfuzunun artmasına, aparıcı dövlətlərə çevrilməsinə səbəb olmuşdur. Qardaş ölkələr Türk dünyasının islam həmrəyliyinin, tolerantlığın, çoxmədəniyyətliliyin digər nəcib platformaların möhkəmlənməsində birgə səylərini gücləndirməkdədir.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda  deyilirdi ki, milli iradənin təntənəsi olan səsvermənin nəticələri ölkənizin hərtərəfli inkişafı yolunda qətiyyətlə həyata keçirdiyiniz genişmiqyaslı siyasətə əvəzsiz xidmətlərinizə verilən ən ali qiymətdir. Çağdaş dövrümüzün səhifələrinə qızıl hərflərlə həkk olunmuş fəaliyyətiniz Vətənə, xalqa, Türk elinə hədsiz sevginin, bağlılığın sədaqətin bariz ifadəsidir. Son iyirmi bir il ərzində qardaş Türkiyə Respublikası Sizin liderliyiniz sayəsində böyük şərəfli inkişaf yolu keçərək beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmiş, söz sahibi olmuş, siyasi, iqtisadi, sənaye, hərbi, yeni texnologiyalar digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Tarixi missiyanın əsas qayəsini təşkil edən qüdrətli nüfuzlu Türkiyə Respublikasının uğurları qardaş ölkə olaraq bizi olduqca qürurlandırır. Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti xalqının qəti, birmənalı siyasi mənəvi dəstəyi xalqımız tərəfindən həmişə böyük minnətdarlıq hissi ilə xatırlanır.

Ölkə başçımızın vurğuladığı kimi, tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Sarsılmaz dostluq qardaşlığımız, qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda regional əməkdaşlığın, təhlükəsizliyin sabitliyin onurğa sütununu təşkil edir.

Mustafa KAMAL,

"Respublika".