İQTİSADİYYAT

"Qaradağ" GES bu ilin payızında istifadəyə veriləcək

"Masdar" ADNOC ilə bərpaolunan enerji karbohidrogen sektorunda əməkdaşlıq müzakirə edilib

Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə BƏƏ-nin Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) Aşağı Karbon Həlləri Beynəlxalq İnkişaf üzrə İcraçı direktoru "Masdar" şirkətinin İdarə Heyətinin üzvü Musabbeh Al Kaabinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında yüksək səviyyəli münasibətlərin "Masdar" ilə irimiqyaslı bərpaolunan enerji layihələri üzrə uzunmüddətli əməkdaşlığın sütunu olduğu vurğulanıb. 230 meqavatlıq "Qaradağ" GES-in bu ilin payızında istifadəyə veriləcəyi, bununla da "Masdar"ın layihələrin vaxtında reallaşdırılmasına sadiq olduğu qeyd edilib. Ümumi gücü 4 QVt olan digər layihələrin icrası ilə bağlı da əhəmiyyətli irəliləyişlər olduğu, bərpaolunan enerji güclərinin ölkənin enerji sisteminə inteqrasiyası üçün elektrik şəbəkəsinin öyrənilməsinə "Masdar"ın dəstəyi bu xüsusda görülən işlər diqqətə çatdırılıb. Şəbəkənin idarə edilməsi sahəsində təcrübə mübadiləsi məqsədilə yaxın vaxtlarda birgə seminar keçirilməsi razılaşdırılıb.

Həmçinin karbohidrogen sektorunda əməkdaşlığa dair SOCAR ADNOC arasında aparılan müzakirələrə toxunulub. Şirkətin karbonsuzlaşdırma sahəsində təcrübəsi, aşağı karbonlu enerji istehsalçısına çevrilməsi, karbon tutma, eləcə "yaşıl", "mavi" hidrogen ammonyakın istehsalı ilə bağlı fəaliyyətindən bəhs edilib. Aşağı karbon həlləri üzrə əməkdaşlıq imkanları dəyərləndirilib.