Azərbaycanda elektrik enerjisinin istehsalı artıb
İQTİSADİYYAT

Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

2023-cü ilin ilk 6 ayında operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 2.8% artaraq 13907.9 milyon kilovat-saat olub.

"Respublika" bildirir ki, bunu energetika naziri Pərviz Şahbazov tviter hesabında bildirib.

Qeyd edək ki, hesabat dövründə elektrik enerjisinin ixracı 1265.2 milyon kilovat-saat, idxal isə 137.5 milyon kilovat-saat təşkil edib.