Müdafiə Nazirliyi: Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi başa çatıb
Digər xəbərlər

Müdafiə Nazirliyi: Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi başa çatıb

Bu ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri, hərbi hissə bölmələrində silah, döyüş, eləcə xüsusi texnika yay mövsümündə istismar rejiminə keçirilib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Plana uyğun olaraq, yay mövsümündə silah texnikanın fasiləsiz, eləcə dayanıqlı istismarını təmin etmək məqsədilə hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində iqlim şəraitinin xüsusiyyətləri nəzərə alınmaqla texnikaya mövsümi qulluq göstərilib.

Qeyd edək ki, silah texnikanın yay istismar rejiminə keçidi ilə əlaqədar bölmələrin döyüş qabiliyyətinin daha da artırılması, eləcə döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması üçün planlı şəkildə bütün zəruri tədbirlər həyata keçirilib.