“Meqa Həyat Sığorta” ASC-nin 31 dekabr 2021-ci il tarixinə mühasibat balansı
Reklam və elanlar

“Meqa Həyat Sığorta” ASC-nin 31 dekabr 2021-ci il tarixinə mühasibat balansı

"MEQA HƏYAT SIĞORTA" AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN RƏHBƏRLİYİNƏ

RƏY

N-opGJNGjPJ5                              09 mart 2022-ci il.

Biz "Meqa Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ''Cəmiyyət" VÖEN 1504764661) 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyəti haqqında, maliyyə fəaliyyətinin nəticələri haqqında kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında, hesabatlardan, habelə əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

Bizim rəyimizə əsasən əlavə edilmiş maliyyə hesabatları müvafiq tarixə Cəmiyyətin maliyyə vəziyyətinin və həmin tarixdə tamamlanan il üzrə maliyyə fəaliyyətinin nəticələrini, kapitalda dəyişikliklərin və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın "Maliyyə Hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti" bölməsində təsvir edilir. Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının Peşəkar Mühasiblər üçün müəyyən etdiyi "Etika məcəlləsinin" (MBESŞ məcəlləsi) tələblərinə uyğun olaraq biz Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi MBESŞ məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə saxtakarlıq və ya xətalar nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının  hazırlanmasına zəmin yaradan zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Rəhbərlik Cəmiyyətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər diqqətsizlik və ya səhvlər nəticəsində yarana bilər, ayrılıqda və yaxud məcmu olaraq istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilə bilər.

"BUSİNESS CONSULTİNG COMPANY"

MMC-nin direktoru, Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, auditor

Rəhman Hikmət oğlu Məmmədov.