Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 mart tarixli 40 nömrəli, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 28 fevral tarixli 27 nömrəli, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” 2000-ci il 11 sentyabr tarixl
Hüquqi aktlar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 mart tarixli 40 nömrəli, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 28 fevral tarixli 27 nömrəli, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” 2000-ci il 11 sentyabr tarixl

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 18 oktyabr tarixli 610-VIQD nömrəli Qanununun tətbiqi və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 12 noyabr tarixli 1877 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 196; 2001, № 10, maddə 663; 2003, № 6, maddə 342; 2005, № 4, maddə 386; 2006, № 5, maddə 463, № 9, maddə 822; 2008, № 2, maddə 125, № 8, maddə 782; 2011, № 5, maddə 455; 2012, № 5, maddə 487, № 7, maddə 776, № 9, maddə 921; 2013, № 6, maddə 575, № 8, maddə 1021, № 11, maddə 1462; 2015, № 4, maddələr 463, 467; 2016, № 2 (II kitab), maddə 386, № 4, maddə 810; 2017, № 4, maddələr 620, 646; 2018, № 5, maddə 1119, № 10, maddələr 2166, 2175, № 11, maddə 2442; 2021, № 7, maddə 881) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 3.2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 5-ci yarımbənd ləğv edilsin;

1.2. aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:

“Avtonəqliyyat vasitələri “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə isə habelə sərnişinlərinin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılır. Bu halda müvafiq icbari sığorta müqaviləsinin mövcudluğu “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlanılır.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 123; 2005, № 11, maddə 1061; 2006, № 9, maddə 822; 2008, № 2, maddələr 116, 130, № 5, maddə 430; 2010, № 3, maddə 264; 2011, № 5, maddə 449; 2013, № 6, maddə 723; 2015, № 7, maddə 901; 2018, № 12 (II kitab), maddə 2737; 2019, № 3, maddə 512; 2021, № 10, maddə 1199; 2022, № 9, maddə 1098) ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.2-ci bəndin yeddinci abzasının ikinci cümləsinə “sənədlər” sözündən sonra “və məlumatlar” sözləri əlavə edilsin;

2.2. 3.5-ci bəndi üzrə:

2.2.1. birinci abzasa “sənədlər” sözündən sonra “və məlumatlar” sözləri əlavə edilsin;

2.2.2. on birinci abzasda “müqaviləsinin surəti” sözləri “müqaviləsi barədə məlumatlar (müqavilənin tarixi, tərəfləri və zərərçəkənin sığorta təminatı)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228, 1231; 2006, № 3, maddə 297, № 8, maddə 731, № 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə 1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263, № 5, maddələr 489, 495, № 7, maddə 777, № 11, maddə 1206, № 12, maddə 1354; 2013, № 4, maddə 444, № 5, maddə 578; 2014, № 1, maddə 74, № 5, maddələr 552, 589, № 6, maddə 746, № 8, maddə 1019, № 12, maddə 1685; 2015, № 12, maddə 1580; 2016, № 3, maddə 611, № 4, maddələr 777, 814, № 6, maddə 1226, № 8, maddə 1449, № 11, maddə 1937; 2017, № 1, maddə 135, № 3, maddə 493, № 6, maddə 1245, № 7, maddə 1491, № 9, maddə 1721, № 10, maddə 1883, № 12 (II kitab), maddə 2545; 2018, № 2, maddə 347, № 3, maddə 628, № 4, maddə 789, № 5, maddə 1122, № 6, maddələr 1360, 1367, № 9, maddə 1929, № 10, maddə 2166; 2019, № 1, maddə 169, № 3, maddələr 513, 564, № 5, maddələr 938, 967, № 6, maddə 1172, № 7, maddələr 1325, 1338, № 10, maddə 1674; 2020, № 6, maddə 783, № 10, maddələr 1282, 1299, № 12 (V kitab), maddə 1580; 2021, № 3, maddə 302, № 12, maddə 1509; 2022, № 4, maddə 414) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 7-ci hissəsinin otuzuncu abzası otuz birinci abzas hesab edilsin və aşağıdakı məzmunda otuzuncu abzas əlavə edilsin:

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 34-2.0.9-cu maddəsində nəzərdə tutulmuş məlumatlar (daşınmaz əmlakın və nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilədə, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamədə əks olunan məlumatlar) “Elektron notariat” informasiya sistemindən sorğu əsasında real vaxt rejimində İcbari Sığorta Bürosuna ötürülür.”.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 745; 2010, № 11, maddə 1041, № 12, maddə 1125; 2011, № 4, maddə 372; 2013, № 8, maddə 1025, № 12, maddə 1629; 2014, № 7, maddə 945, № 8, maddə 1014; 2016, № 2 (II kitab), maddə 354, № 3, maddə 592, № 4, maddələr 779, 804, 817, № 5, maddə 964; 2017, № 4, maddələr 633, 650, № 5, maddə 980, № 8, maddə 1609; 2018, № 4, maddə 806, № 5, maddə 1107, № 7 (II kitab), maddə 1625, № 9, maddə 1920, № 10, maddə 2175, № 11, maddələr 2443, 2444; 2019, № 1, maddə 161, № 3, maddələr 515, 569, № 12, maddə 2094; 2020, № 9, maddə 1239, № 10, maddələr 1281, 1291; 2021, № 4, maddə 411; 2022, № 4, maddə 383, № 9, maddə 1099, № 12, maddə 1552) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 3.5.4-cü yarımbəndi ləğv edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 196 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 1031; 2013, № 9, maddə 1139; 2014, № 2, maddə 204, № 7, maddə 903, № 10, maddə 1298; 2019, № 3, maddə 514) ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin Siyahısı”nın 1.1.1-ci yarımbəndi ləğv edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 43 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 186; 2016, № 8, maddə 1436; 2017, № 3, maddə 505) ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.1-ci bəndə “Qanununun” sözündən sonra “(bundan sonra – Qanun)” sözləri əlavə edilsin;

6.2. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.1. Aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin sığortalanması üzrə müvafiq icbari sığorta müqavilələri bağlamış sığortaçı həmin müqavilələrdə nəzərdə tutulan sığorta haqlarını dövlət büdcəsi vəsaiti hesabına almaq üçün tərtib olunan rüblük hesabatı və aşağıdakı sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra – Mərkəzi Bank) təqdim edir:”;

6.3. 3.1.1-ci yarımbənddə “surətini” sözü “xarici təqdimat forması” sözləri ilə əvəz edilsin;

6.4. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.2. Mərkəzi Bank bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş hesabata və sənədlərə onlar Mərkəzi Banka daxil olduğu tarixdən 10 iş günü müddətində baxır və müvafiq icbari sığorta müqaviləsinin mövcudluğunu Qanunda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlayır.”;

6.5. 3.6.1-ci yarımbənddən “təqdim olunmuş hesabata əlavə edilməli olan” sözləri çıxarılsın;

6.6. mətn üzrə ismin müvafiq hallarında “Palata” sözü ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 507; 2020, № 9, maddə 1239, № 10, maddələr 1281, 1291, № 11, maddə 1408; 2019, № 12, maddə 1532; 2022, № 3, maddə 261, № 12, maddə 1552) ilə təsdiq edilmiş “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in 6.6-cı bəndindən “icbari sığorta şəhadət-namələri,” sözləri çıxarılsın və həmin bəndə “və digər” sözlərindən əvvəl “icbari sığorta şəhadətnamələri barədə” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri.

Bakı şəhəri, 15 may 2023-cü il

№ 156