Hüquqi aktlar

"Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

"Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 10 mart tarixli 8-VIQR nömrəli Qərarında ("Azərbaycan Respublikası Milli Məclisinin Məlumatı", 2020, №1) aşağıdakı dəyişiklik edilsin:

"Fazil Qəzənfər oğlu Mustafa" sözləri "Ülviyyə Tapdıq qızı Həmzəyeva" sözləri ilə əvəz edilsin.

Sahibə QAFAROVA,

Azərbaycan Respublikası Milli Məclisinin sədri.

Bakı şəhəri, 8 dekabr 2023-cü il.