Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Feyzullayev Fərid Adil oğlu 33 saylı Xətai birinci, Qəmbərov Eldar Vladimiroviç 36 saylı Xətai Suraxanı, Əliyev Ələddin Bahəddin oğlu 71 saylı Cəlilabad şəhər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Abdullayeva Elvira Bəhram qızı 36 saylı Xətai – Suraxanı, Heydərov Cahangir Qubad oğlu 71 saylı Cəlilabad şəhər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

Sədr                Məzahir Pənahov

Katib                Arifə Muxtarova

Katib                Mikayıl Rəhimov