TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Hörmətli xanımlar və cənablar!

Biz bununla Səbail rayonunda yerləşən "LUKOYL-Azərbaycan"QSC-nin baş ofisində, istilik və kondisioner sisteminin təmiri və quraşdırılması üzrə iki mərhələli açıq tenderdə iştirak etməyə dəvət edirik.

Tender haqqında ümumi məlumat:

Sifarışçi: "LUKOYL-Azərbaycan" QSC

Ünvan: Bakı şəhəri. Səbail rayonu. Z.Tağıyev küçəsi 13

Əlaqə Telefonları: (012) 497-41-38

E-mail: [email protected]

Əlaqələndirici şəxs: L.S.Mikayilova

Sənədlərin tam toplusu, tenderdə iştirak etmək üçün zəruri sənədlərlə birgə təqdim etdiyiniz ərizənin,verilmiş tələblərə uyğunluq ekspertizasından sonra, Sizin ünvana göndəriləcək.

Tenderdə iştirak etmək üçün ərizələrin təqdimi və tender sənədlərinin alınması müddəti 19 aprel 2022-cı il saat 18:00-dək.

Tender təklifləri 5 may 2022-ci il saat 18:00-dək yuxarıda qeyd olunan ünvana təqdim edilməlidir.

Tender 6 may 2022-ci il saat 11:00 tarixində yuxarda qeyd olunmuş ünvanda keçiriləcək.

Qeydə alınmış namizədlərin , tender təklifləri olan zərflərin açılmasında iştirakı mütləqdir.

Müqavilə üzrə hesablaşma nağdsız ödəniş yolu ilə, icraçının bank hesabına ödənilir.

Müqavilə şərtlərini yerinə yetirmək üçün tender iştirakçılarının texniki imkani, zəruri sənədlər toplusu olmalıdır.

Tender təkliflərinin qüvvədə olma müddəti 90 təqvim günündən az olmamalıdır.

Tender təklifləri azərbaycan və ya rus dillərində təqdim olunmalıdır.

Tenderin qalibi ilə, tender başa çatdıqdan sonra, 20 təqvim günü ərzində müqavilə bağlanacaqdır.

Tenderdə iştirak üçün "ərizə" forması, habelə tender haqqında tam məlumatları yuxarıda qeyd olunan telefon və elektron poçtu vasitəsi ilə almaq olar.


Уважаемые Дамы и Господа!

Настоящим приглашаем вас принять участие в открытом двухэтапном тендере на ремонтно-монтажные работы по замене системы отопления и кондиционирования в главном офисе ЗАО "ЛУКОЙЛ-Азербайджан".

Общая информация о проводимом тендере:

Заказчик: ЗАО "ЛУКОЙЛ-Азербайджан",

Адрес: город Баку, ул. З.Тагиева, 13,

Контактные телефоны: (012) 497-41-38

Е-маил: проъуремент@лукоил-аз.ъом

Контактное лицо Микаилова Л.С.

Дата начала и окончания работ: по итогам тендера.

Полный комплект документации направляется в Ваш адрес после экспертизы полученной заявки на участие в тендере с приложением необходимых документов на предмет соответствия предъявляемым требованиям.

Срок подачи заявки и квалифицированной анкеты на участие в тендере до 18:00  19 апреля 2022 г.

Срок предоставления тендерных предложений до 18:00  5 мая 2022г. по адресу, указанному выше.

Время и место проведения тендера (первый этап) 11:00  6 мая 2022г. по адресу, указанному выше.

Участие представителей зарегистрированных претендентов в процессе вскрытия конвертов с тендерными предложениями обязательно.

Расчеты по договору будут проводится по безналичному расчету путем перечисления на счет исполнителя.

Участники тендера должны иметь технические возможности проведения работ, набор необходимых документов для выполнения условий контракта.

Срок действия тендерных предложений должен составлять не менее 90 календарных дней, начиная с даты проведения тендера.

Тендерные предложения представить на азербайджанском или русском языках.

С победителем тендера будет заключен договор в течение 20 календарных дней с момента окончания тендерных торгов.

Форму "Заявки на участие в тендере", а также иную информацию можно получить по указанным в приглашении телефонам и адресу электронной почты.

Тендерный комитет.


 

"AQROSERVİS" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

 AÇIQ TENDERƏ DƏVƏT (TƏKRAR ELAN)

Tenderin predmeti:

Hacıqabul rayonunda kənd təsərrüfatı məhsullarının, istehsal vasitələrinin (mineral gübrələrin, pestisidlərin, toxumların, texnikaların və s.) saxlama anbarlarının, satış və servis mərkəzinin tikintisi işlərinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, müqavilənin yerinə yetirilmə müddəti və şərtlər toplusunda digər qiymətləndirmə üçün tələb olunan tələblərə uyğunluq.

"Aqroservis" ASC qarşısında yerinə yetirilməmiş və ya lazımi səviyyədə yerinə yetirməmiş öhdəliyi olan fiziki və hüquqi şəxslər bu tenderdə iştirak edə bilməzlər.

Maraqlananlar tenderlə əlaqədar əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Məmmədova Suqra İlqar qızı

Ünvan: AZ 1075, Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes mərkəzi, bina 1, mərtəbə 4

Tel.: 051-206-47-33

E-mail: [email protected]

Tender təklifinin valyutası manatla, ABŞ dolları və ya Avro ilə ifadə oluna bilər. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tender təkliflərində qiymətləri manatla göstərməlidirlər.

Tenderin əsas şərtlər toplusu Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur. Zərurət olduqda beynəlxalq ticarətdə istifadə edilən dillərin birinə tərcümə olunacaqdır. Maraqlananlar əsas şərtlər toplusunu 3000.00 (üç min) manat məbləğində iştirak haqqını ödədikdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürə bilərlər:

Təşkilat: "Aqroservis" ASC,

VÖEN:1700382471;

H/h:AZ91AIIB38070019443500231102 AZN

Kapital Bank Mərkəz filialı

VÖEN: 9900003611

Kod: 200026;

M/h: AZ37NABZ01350100000000001944;

S.W.I.F.T.: AIIBAZ2XXXX

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün 2022-ci il 27 aprel saat 12:00-dək aşağıdakı sənədləri (tender təklifi və 1% bank təminatı istisna olmaqla) təqdim etməlidirlər:

- Tenderdə iştirak etmək üçün yazılı müraciət;

- İştirak haqqının ödənilməsi barədə sənəd;

- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- İddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri barədə məlumat, dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və nizamnamənin notarial qaydada təsdiq edilmiş surəti;

- Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır);

- Vergi orqanı və yaxud Kommersiya Məhkəməsi tərəfindən təqdim olunmuş tender iştirakçısının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat.

İddiaçının müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olmasını müəyyən etmək üçün ixtisas göstəricilərinə dair tələblər aşağıdakılardır:

lİddiaçı satın alınması nəzərdə tutulan işlərin yerinə yetirilməsinə icazə verən müvafiq lisenziyaya malik olmalı

lİddiaçı analoji satınalma predmeti üzrə ən azı 3 təşkilatdan tövsiyə məktubları təqdim etməli

Tender predmeti üzrə işlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 1 il ərzində Hacıqabul rayonu ərazisində həyata keçirilməlidir.

Bundan əlavə, Tender təklifi və bank təminatı möhürlənmiş bağlı zərflərdə 2022-ci il 10 may saat 18:00-a qədər təqdim olunmalıdır.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı verilməlidir. Bank təminatı tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır. Bank təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.

Bank təminatını və tender təklifini bağlı zərfdə təqdim etməyən iddiaçıların təklifi etibarsız sayılır.

Bağlı zərflər 2022-ci il 11 may tarixdə saat 12:00-da iddiaçının özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes mərkəzi, bina 1, mərtəbə 4 ünvanında yerləşən "Aqroservis" ASC-nin konfrans zalında açılacaqdır.


Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Masallı şəhərinin küçə işıqlarının təmiri işlərinin satınalınması məqsədilə

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin tələb olunan yerinə yetirilmə müddəti: 31.12.2022-ci il tarixinə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərsiniz. Əlaqələndirici şəxs: Əhədov Vahid Hüseynbala oğlu

Ünvan: H.Əliyev prospekti 99 .

Telefon: 025-215-30-33

Tender 1 (bir) lot üzrə keçiriləcək.

Lot 1 - Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Masallı şəhərinin küçə işıqlarının təmiri işlərinin satınalınması

İştirak haqqı: 150 manat

Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak etmək üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 150 (bir yüz əlli) manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat: Masallı RİHB-in Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi

Masallı Rayon Yerli Xəzinədarlıq Orqanı

HN № AZ43CTRE00000000000002512132

VÖEN: 6400043871

XƏZİNƏ ORQANI: 23 saylı Regional Xəzinədarlıq İdarəsi

Kodu: 210005

Büdcə Təsnifat kodu:142330

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.

1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır);

4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

4.1. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

4.2. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

4.3. Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır).

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;

- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına dair rəsmi arayış;

4.4. Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 26.04.2022-ci il saat 16:00 tarixə kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 06.05.2022-ci il saat 17:00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifləri zərfləri 10.05.2022-ci il tarixində saat 16:00-da elektron portal vasitəsilə açılacaqdır.


"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir:

28 ədəd Landini modelli traktorlar üçün servis xidmətinin satın alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adı çəkilən tenderin bölməsində əldə edə bilərlər. (əlaqələndirici şəxs Elçin Hüseynov, telefon +994(55)500 51 12  və ya [email protected]).

İştirak haqqı: 350.00 (üç yüz əlli) manat

İddiaçı iştirakçı statusunu almaq üçün 350.00 (üç yüz əlli) manat məbləğində iştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirə bilər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

Tender təklifi (təkliflərin açıqlandığı tarixdən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (təkliflərin açıqlandığı tarixdən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

1. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

2. Tələb olunan işlərin yerinə yetirilməsi üçün maddi-texniki bazası haqqında məlumat;

3. İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı;

4. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

5. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

6. İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;

7. İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;

8. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır);

9. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;

10. İddiaçının son 3 (üç) illik analoji iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar aşağıdakı cədvələ uyğun verilməlidir:

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 25.04.2022-ci il saat 12:00 tarixinə qədər, tender təklifi və bank təminatı isə 05.05.2022-ci il saat 12:00-a qədər www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı  vasitəsi ilə təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş təkliflər qəbul olunmayacaq. Zərflərin açılışı 06.05.2022-ci il saat 12:00-da www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı vasitəsi ilə həyata keçiriləcək. Əsas şərtlər toplusu ilə bağlı əlavə məlumat almaq üçün "Azərpambıq ASK" MMC-nin əməkdaşı Elçin Hüseynov ilə (tel. +994 (55) 500-51-12, email: [email protected]) müraciət edə bilərsiniz.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.