Zelenskidən səfərbərlik açıqlaması
Dünya xəbərləri

Zelenskidən səfərbərlik açıqlaması

Ukrayna prezidenti Volodimir Zelenski ordu komandirlərinin Rusiya ilə aparılan müharibədə daha 500 min insanı səfərbər etmək istədiyini açıqlayıb.

“Respublika” xarici mətbuata istinadən xəbər verir ki, Zelenski paytaxt Kiyevdə keçirdiyi mətbuat konfransında komandirlərinin “450-500 min nəfərdən” danışdıqlarını açıqlayıb və bunun “həssas” və baha başa gələn tələb olduğunu etiraf edib. Hələ də 500 min əsgərin cəbhədə olduğunu xatırladan Zelenski, ordunun tələbini qəbul etməzdən əvvəl daha ətraflı məlumata ehtiyacı olduğunu bildirib.

Eyni zamanda, Ukrayna dövlət başçısı onu da qeyd edib ki, indiki məqamda qadınların səfərbər olunmasından söhbət belə gedə bilməz.