Zaqatala fermer  təsərrüfatında “Çənlibel” kampinq zonası
Region

Zaqatala fermer  təsərrüfatında “Çənlibel” kampinq zonası

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən aqroturizm təsərrüfatlarına dəstək tədbirləri davam edir.Növbəti dəstək göstərilən təsərrüfat Zaqatala rayonunun Qazangül qəsəbəsində yerləşən, fermer Elman Yüzbaşova məxsus “Hope Lake” təsərrüfatı olub. Layihə çərçivəsində görülmüş işlərlə tanış olmaq məqsədilə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev təsərrüfatı ziyarət ediblər.

Kənd   Təsərrüfatı  Nazirliyinin   mətbuat    xidməti   bildirir   ki,9 hektar ərazisi olan “Hope Lake” təsərrüfatı iri və xırdabuynuzlu heyvanların saxlanılması üzrə ixtisaslaşıb. Eyni zamanda burada arıçılıq və quşçuluqla da məşğul olunur. Burada balıqçılıqla məşğul olmaq üçün göl mövcuddur.

“Şəhərdən Kəndə” layihəsinin dəstəyi ilə təsərrüfatda yenidənqurma işləri həyata keçirilib, ilk dəfə bir aqroturizm təsərrüfatında “Çənlibel” kampinq zonası yaradılıb. Təsərrüfatda turistlərə göstərilən xidmətin səviyyəsinin artırılması məqsədi ilə hamam və sanitar qovşaq inşa olunub, ərazi abadlaşdırılıb, işıqlandırma işi yenidən təşkil edilib. Eyni zamanda təsərrüfat müxtəlif avadanlıq və əşyalarla təmin olunub.

Nəriman CAVADOV,

“Respublika”.