QAZAXDA ABONENTLƏR XİDMƏTDƏN RAZIDIR
Region

QAZAXDA ABONENTLƏR XİDMƏTDƏN RAZIDIR

Dünyanın bəzi ölkələri enerji problemi ilə üz-üzə qaldığı bir zamanda ölkəmizdə tam başqa bir vəziyyət hökm sürür. Azərbaycan müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra, 90-cı illərin əvvəllərində respublikamızda əhalinin enerji ilə təminatında acınacaqlı vəziyyət hökm sürürdü. Şəhər və kəndlər günlərlə zülmətə qərq olur, enerji verilişi uzun fasilələrlə dayandırılırdı.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, elektrik enerjisinin dayanıqlılığını təmin etmək, əhalini fasiləsiz enerji ilə təchizatı üçün bir sıra zəruri tədbirlər görülməyə başlandı.

Mövcud problemlər tədricən aradan qaldırıldı. Ulu Öndərin siyasətini uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasət, ölkəmizdə irimiqyaslı layihələrin həyata keçirilməsi, Azərbaycanı bölgədə etibarlı enerji təchizatçısına çevirmişdir.

İşğaldan azad olunan ərazilərdə, eyni zamanda respublikanın digər bölgələrində elektrik stansiyalarının tikintisi geniş vüsət almışdır. İndi Azərbaycan enerji ixrac edən respublikadır. Hazırda ölkənin hər tərəfi fasiləsiz enerji ilə təmin olunur.

Qazax rayonunda elektrik təsərrüfatının hazırkı vəziyyəti ilə tanış olmaq üçün "Azərişıq" ASC Qərb RETSİ Qazax elektrik şəbəkəsinin rəisi Namaz Mənsimovla həmsöhbət olduq. Müsahibim ilk öncə bu il 7 avqust tarixində Prezident İlham Əliyevin Qazaxa səfərini yüksək qiymətləndirərək qeyd etdi ki, dövlət başçısının rayona səfəri hər birimizin sevincinə səbəb olmuş, hər kəsin daha məsuliyyətli işləməsinə böyük stimul vermişdir.

Rayonda enerji itkisini minimuma endirmək, keyfiyyətli elektrik enerjisi ilə təminat üçün təsdiq olunmuş plana əsasən tədbirlər davam etdirilir. Qazax elektrik şəbəkəsi 23260 əhali, 1583 qeyri-əhali abonentlərinə, ümumilikdə 24843 abonentə xidmət edir.

Hazırda rayon ərazisində sipləşmə işlərinə start verilmişdir. Xanlıqlar kəndində 5014030-250 kva komplekt transformator məntəqəsinin 0,4 kv-luq kabel xəttində zədələnmiş 150 metr kabel yeni kabel sip 4x50 ilə əvəz edilmişdir. Ağköynək kəndində 5010002 saylı 630 kva komplekt transformator məntəqəsinin 0,4 kv-luq hava xəttində 5 ədəd metal dayaq quraşdırmaqla 150 metr məsafədə çılpaq naqillər dəyişdirilərək sip 4 x 35 ilə əvəz edilmişdir. Kəmərli kəndində kabelləşmə işləri davam edir. Eyni zamanda yararsız hala düşmüş dayaq dəyişdirilməsi, güc transformatorların əsaslı və cari təmiri işləri aparılır. 110/35/6 kv-luq Şıxlı yarımstansiyasında 1 saylı 10 mva transformatorun 110 kv-luq girimində yağın səviyyəsi normallaşdırılmış, 2 saylı 16 mva transformator və 35 kv-luq gərginlik transformatoru cari təmir olunmuşdur.

110/35/6 kv-luq Daş Salahlı y/st-da 1 saylı 6 kv-luq seksiya şitində zədələnmiş 3 ədəd gərginlik transformatoru yenisi ilə əvəz edilmişdir. 35/10 kv-luq Göyəzən yarımstansiyasında 4 mva transformator, 35 kv-luq yağ açarı və xətt ayrıcısı cari təmir olunmuş, 35 kv-luq Abbasbəyli Nasos hava xəttinin eleqaz açarında yaranan qüsur aradan qaldırılmışdır. 35/10 kv-luq Vaqif yarımstansiyasında 35 kv-luq əlaqələndirici xəttin 35 kv yağ açarı, xətt ayırıcısı cari təmir olunmuşdur.

Rayonun 19 yaşayış məntəqəsində hava xətlərində xəttə yaxınlaşan budaqlar kəsilmiş, tarımlama işləri görülmüşdür. 10 kv-luq Bala Cəfərli hava xəttində 2000 metr yararsız naqil yenisi ilə əvəz edilmişdir. 10 kv-luq Telemərkəz hava xəttində 30 ədəd yararsız ağac dayaq, 4500 metr yararsız naqil AS-50 tipli, 90 ədəd yararsız izolyator dəyişdirilmişdir. 6 kv-luq nasos hava xəttində 1900 metr AS-50 tipli naqil, AS-70 tipli naqillə əvəz edilmişdir. Eyni zamanda müxtəlif yaşayış məntəqələrində cəmi 37 ədəd müxtəlif güclü 10/0,4 kv-luq komplekt transformator məntəqələrindən çıxan 0,4 kv-luq hava xətlərində yararsız ağac dayaqlar yeni metal dayaqlarla əvəz edilmişdir. 325 ədəd 0,4 kv-luq metal dayaqlar rənglənmişdir.

Ağac dayaqlar ardıcıl olaraq metal dirəklərlə əvəz olunur. Rayon ərazisində 22 ədəd 10/0,4 kv-luq müxtəlif güclü KTM-in avadanlıqları rənglənmişdir. 10 kv-luq müxtəlif hava xətlərində yararsız ağac dayaqlar (cəmi 10 ədəd) yeni metal dayaqla, 30 ədəd yarasız izolyator yeniləri ilə əvəz edilmişdir.

Qazaxbəyli kəndində 5010104 saylı 400 kva KTM-dən qidalanan abonentlərin elektrik enerjisinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə 10/0,4 kv-luq 160 kva gücündə yeni güc mərkəzi istifadəyə verilmişdir.

1-ci Şıxlı kəndində 5010131-250 kva komplekt transformator məntəqəsindən qidalanan abonentlərin elektrik enerjisinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə yeni güc mərkəzi istifadəyə verilmişdir.

Rayon ərazisində daha 7 ədəd yeni güc mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. Rayon ərazisində 2023-cü ilin 6 ayı ərzində 75 yeni abonent texniki şərt əsasında şəbəkəyə qoşulmuşdur.

Qazaxda abonentlər elektriklə təchizatdan razıdırlar.

Vəli VƏLİYEV,

"Respublika".