Hacıqabulda şəhərdaxili yollar abadlaşır
Region

Hacıqabulda şəhərdaxili yollar abadlaşır

Respublikamızın sürətlə inkişaf edən bölgələrindən biri də Hacıqabul şəhəridir. Şəhərdə əhalinin rahatlığını təmin edən abadlıq-quruculuq işlərinə xüsusi diqqət yetirilir. Həyata keçirilən yenidənqurma işlərində şəhərdaxili yolların əsaslı təmiri xüsusi yer tutur. 2023-cü ildə şəhər ərazisində ümumilikdə 8,2 kilometr yolun əsaslı təmiri nəzərdə tutulmuşdur.

Şəhərin bir çox küçələrində yeni asfalt örtüyü salınır. Bu da həmin küçələrdə yaşayan sakinlərin sevincinə səbəb olur, onlarda məmnunluq hissi yaradır. İcra hakimiyyətinin başçısı Rüstəm Xəlilov müntəzəm olaraq şəhər küçələrinin asfaltlanması işlərinə yerində baxış keçirir, görülən işlərin daha keyfiyyətli və standartlara uyğun görülməsi üçün öz tapşırıq və tövsiyələrini verir.

Sakinlər onlara yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildirirlər.

Təmir-tikinti işləri 2023-cü ildə elan edilən açıq tenderin qalibi - yol tikintisi və təmiri işlərində ixtisaslaşmış müəssisə olan "Muğan-KİTT Şirkəti" MMC tərəfindən həyata keçirilir.

Tofiq HÜSEYN,

"Respublika".