Yeni Azərbaycan modeli
Siyasət

Yeni Azərbaycan modeli

"Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur".

Heydər ƏLİYEV,

Ümummilli lider.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə tərəqqiyə məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının reallaşdırılması sayəsində nail olmuşdur. Bu dahi şəxsiyyətin müəyyən etdiyi mükəmməl inkişaf konsepsiyası dövlət suverenliyini bərpa etmiş Azərbaycanda demokratik dövlət quruculuğu kompleks islahatların reallaşmasına, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni dövrün tələblərinə uyğun iqtisadi sistemin yaradılmasına daimi inkişafın təmin olunmasına əsaslı zəmin yaratmışdır. Ümummilli liderin ideyaları Azərbaycanın dünəni, bu günü gələcəyinə hesablanmış fəaliyyət strategiyasıdır.

Heydər Əliyev 1993- ildə xalqın tələbi ilə ikinci dəfə ölkəyə rəhbərliyi öz üzərinə götürəndə dağıdılmış təsərrüfatın bərpa edilməsi üçün qarşıda hansı çətinliklərin durduğunu dərindən bilərək, bu ağır mübarizəyə hazır idi. Bu dövrdə birinci növbədə bir neçə vacib vəzifələri həll etmək qarşıda dururdu. Belə ki, qanlı müharibəni, xarici təcavüzü dayandırmaq, inflyasiyanın qarşısını almaq, iqtisadiyyatı sabitləşdirmək, dövlətin beynəlxalq aləmdə tanınmasına nail olmaq, ölkə haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, Qarabağ probleminin dinc yollarla həlli prosesinə başlamaq s. məsələləri həll etmək lazım gəlirdi.

Xalqın təkidi ilə ölkədə hərc-mərclik anarxiya dövründə hakimiyyətə gələn Heydər Əliyevin gördüyü ilk tədbirlər iqtisadiyyatın bərpası, əmin-amanlığın yaranması, ictimai-siyasi sabitliklə bağlı idi. Həmin dövr iqtisadiyyatın dağılması, istehsal prosesinin dayanması durğunluq, istehsal əlaqələrinin pozulması, siyasətdə anarxiya, Ermənistan qoşunlarının respublikamıza qarşı açıq müharibəsi, Azərbaycanın bir sıra rayonlarının bir-birinin ardınca işğalı, ordunun dağılması, hakimiyyət təbəqəsinin tam çaşqınlıq içərisində olması ilə xarakterizə olunurdu. Yaranmış mənzərənin mürəkkəbliyini dərinliklərinə qədər dərk edən ulu öndər Heydər Əliyev, çətin olsa, çıxış yollarını müəyyən etdi.

Tarixi təcrübə sübut edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar öz milli sərvətlərinə sahib olmaq onları öz inkişafına yönəltmək imkanı qazanırlar. Qeyd etmək lazımdır ki, neftlə zəngin təbii sərvətlər dünyanın bir çox ölkəsində vardır. Lakin həmin sərvətdən heç xalqın rifahı üçün lazımi səviyyədə istifadə edilmir. Yalnız ümummilli liderimiz Heydər Əliyev həmin sərvəti xalqın rifahına yönəltdi.

Heydər Əliyev apardığı siyasət gördüyü işlərlə Azərbaycanın yeni inkişaf modelini yaratmışdır. 1995-2003- illərə nəzər salsaq, həmin dövrün öz mühüm müqavilələri islahatları ilə müstəqilliyimizin daha da möhkəmləndirilməsinin şahidi olarıq. Bu inkişaf özünü hər bir sahədə göstərirdi. Ölkənin iqtisadiyyatı, xalqın rifahı, elm, təhsil, səhiyyə, mədəniyyət, idman sahələri sürətlə inkişaf edirdi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl iqtisadi strategiya qarşıya qoyulan hədəflərə çatmağa, sosial-iqtisadi dirçəlişə nail olmağa imkan vermişdi. Bildiyimiz kimi, hər dövlətin sosial siyasəti onun iqtisadiyyatının inkişafı dövlət idarəçiliyinin keyfiyyəti ilə qiymətləndirilir. Bu mənada Heydər Əliyev ölkəmizdə humanist ədalətli sosial siyasətin yürüdülməsi üçün ən qısa zamanda iqtisadi siyasəti formalaşdırmağa nail oldu. Bu haqda dahi lider demişdir: "Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Məqsədimiz güclü iqtisadiyyatımızı qurmaqla, ədalətli humanist sosial siyasətə nail olmaqdır. Məhz bu, dövlət siyasətimizin əsas prinsipləridir".

Heydər Əliyevin gərgin əməyi nəticəsində Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə 1994- il sentyabrın 20- imzalanan "Əsrin müqaviləsi"nin reallaşması nəticəsində regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası daha da genişləndi. Bu unikal layihə ilə Azərbaycan dünyanın enerji xəritəsini dəyişdi. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tikintisi ilə ilk dəfə olaraq, Xəzər dənizinin nefti dünya bazarlarına çıxarıldı. Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionundakı mövqeyini daha da gücləndirməklə yanaşı, dövlətimizi Cənubi Qafqazın liderinə çevirdi. Dahi lider Heydər Əliyevin adını daşıyan BTC bu gün yalnız Azərbaycan üçün deyil, beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün müstəsna əhəmiyyət kəsb edən bir layihəyə çevrilmişdir. Uzunluğu 1768 kilometr olan bu boru kəməri Türkiyə, Gürcüstan, həmçinin layihədə iştirak edən bütün ölkələrin iqtisadiyyatının gücləndirilməsində mühüm rol oynadı. Xəzərin sahilindən Avropaya uzanan beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi, eləcə neft ixracı sahəsində mühüm rol oynayan bu nəhəng layihə region dünya dövlətlərini bir-birinə sıx bağladı. Həmçinin Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, Cənub Qaz Dəhlizinin onun əsas seqmenti olan TANAP-ın bir həqiqətə çevrilməsinə vəsilə olaraq, ölkəmizin imicini bütün dünyada əhəmiyyətli dərəcədə yüksəltdi.

Böyük dövlətçilik təcrübəsi, fitri idarəçilik qabiliyyəti müdrik qərarları ilə səciyyələnən Heydər Əliyevin əsas islahatlarından biri 1999-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması olmuşdur. Fondun yaradılması neft gəlirlərinin idarə edilməsinin ən yaxşı təcrübəsi idi. Yaradılarkən 271 milyon ABŞ dollarına bərabər olan Dövlət Neft Fondunun aktivlərinin həcmi hazırda 53 milyard ABŞ dollarından çoxdur bu vəsait ildən-ilə artmaqdadır.

Ulu öndər Heydər Əliyev fenomeninin ən böyük miraslarından biri ölkənin kadr potensialının inkişaf etdirilməsi istiqamətində müəyyənləşdirdiyi strategiya olmuşdur. Bu istiqamətdə ulu öndərin Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən "qara qızılın insan kapitalına çevrilməsi" ideyası uzun illər üçün hesablanmış mükəmməl strateji bir addım idi. Uzaqgörən dahi şəxsiyyətin Azərbaycanın milli sərvəti olan intellektual potensialının təmin edilməsi istiqamətindəki zəngin təcrübə yolu bu gün uğurla davam etdirilir.

Prezident İlham Əliyev ulu öndərin neft strategiyasının uğurlarından söz açaraq demişdir: "Azərbaycan müstəqil dövlət kimi öz neft potensialını çox uğurla işə salıbdır. Əlbəttə ki, bütün bu görülən işlərin səbəbkarı təşəbbüskarı xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur". İftixar hissi ilə qeyd etmək lazımdır ki, "Əsrin müqaviləsi" layihəsi üzrə işlərin həyata keçirilməsində möhtərəm İlham Əliyevin xidmətləri misilsizdir bu gün müstəqil dövlətin neft strategiyası onun rəhbərliyi ilə uğurla davam etdirilir. Ulu öndərin layiqli davamçısı kimi onun rəhbərliyi ilə 2003- ilin noyabr ayında Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq maliyyə korporasiyası Avropa Yenidənqurma İnkişaf Bankı Bakı-Tbilisi-Ceyhan boru xəttinin tikinti layihəsinə maliyyə xərcləri ayırmaq barədə qərar qəbul etdi. 3 fevral 2004- ildə BTC tərəfdaşları dünyanın 25-dən yuxarı aparıcı bankı kredit təşkilatının iştirakı ilə boru xəttinin tikintisinin maliyyələşdirilməsinə dair sənədlər paketini imzaladılar.

Azərbaycan xalqının tərəqqi etməsi dünyada tanınmasına bütün həyatını sərf etmiş ulu öndər müstəqillikdən əvvəlki dövrdə böyük quruculuq işləri görmüşdür. Belə ki, neft, kimya, maşınqayırma, energetika, sənaye sahələri, kənd təsərrüfatı, şəhərsalma, təhsil, elm, səhiyyə, incəsənət sahələrini inkişaf etdirən ulu öndər Azərbaycanı dünyada tanıtdırdı. Hazırda Azərbaycanın müasir inkişafı həmin dayaqlara söykənir.

Ulu öndərin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı əhəmiyyətli artıma nail oldu. 1993- ildə ölkənin 4 milyard dollar olan ÜDM-i 2003- ildə 30 milyard dollardan çox artmışdır. Heydər Əliyevin iqtisadi siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində olan postsovet dövlətindən müasir, dinamik, sürətlə inkişaf edən iqtisadiyyata malik ölkəyə çevrildi.

Azərbaycan iqtisadi siyasi müstəqillik əldə etdikdən sonra dünya dövlətləri ilə sərbəst əməkdaşlıq etmək imkanı əldə etmişdir. Bu müstəqilliyin əldə edilməsində isə Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ümummilli lider Heydər Əliyev göstərirdi: "Dünyada getdikcə artan qarşılıqlı asılılıq, dünya iqtisadiyyatının birləşməsi, regionlaşması XX əsrin son mərhələsinin fərqləndirici xüsusiyyətlərindəndir. Heç bir ölkə, ən böyük bir ölkə yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz". Böyük rəhbərin müəyyən etdiyi iqtisadi siyasət strategiyasının başlıca istiqamətlərini sabitləşdirmə, islahatlaşdırma, dünya iqtisadi inteqrasiyasına qoşulma, sosial-iqtisadi inkişaf xalqın rifahının yüksəldilməsi s. təşkil edir.

Bazar münasibətlərinə keçid dövründə respublikamızda baş verən iqtisadi dəyişikliklərin, getdikcə daha da sürətləndirilən islahatların aparılmasında ictimai-siyasi münasibətlərin formalaşmasında Heydər Əliyevin xüsusi rolu vardır. Belə ki, ümummilli lider müxtəlif mülkiyyət növlərinə əsaslanan, bazar iqtisadiyyatına keçidi nəzərdə tutan, iqtisadi münasibətlərdə inhisarçılığa haqsız rəqabətə yol verilməməsi, azad sahibkarlığa hüquqi təminatın yaradılması, dünya təsərrüfat sisteminə inteqrasiyasının güclənməsi s. iqtisadi inkişaf məsələlərinə daim diqqət yetirirdi. Bu baxımdan ulu öndər göstərirdi: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir".

Heydər Əliyev Azərbaycanda turizm, kənd təsərrüfatı digər qeyri-neft sektorlarını inkişaf etdirməklə ölkə iqtisadiyyatının şaxələndirilməsini təmin etdi. Dövlətin diqqət qayğısı, eləcə dəstəyi nəticəsində həmin sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri stimullaşdırıldı. Bu da yeni yerlərinin yaradılmasına iqtisadi artıma yeni töhfələr qazandırmış oldu. Ulu öndərin iqtisadi siyasəti Azərbaycanın biznes sektorunun transformasiyasına özəl sektorun inkişafına böyük təkan verdi. Bunu hələ ölkəyə xarici investisiyaların cəlb edilməsi, kiçik orta müəssisələrin dəstəklənməsi iqtisadiyyatın şaxələndirilməsinin təşviqi istiqamətində davam etdirilən işlərdə görmək mümkündür.

Ümummilli liderin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanda makroiqtisadi sabitliyin möhkəmlənməsi iqtisadiyyatın tarazlı inkişafının təmin olunması sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. Həmin dövrdə irimiqyaslı islahatlara yönələn iqtisadi siyasətin ayrılmaz tərkib hissəsi olan vergi siyasətində köklü dəyişikliklərin aparılması, vergi sisteminin müasir standartlar əsasında formalaşdırılması bir zərurət kimi qarşıda dururdu. Heydər Əliyevin həyata keçirdiyi vergi islahatları vergi sisteminin sadələşdirilməsinə, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasında iqtisadi artımın təmin edilməsində böyük rol oynadı. Vergi siyasəti konsepsiyasının əsas konturları müəyyənləşdirilmiş bu sahədə radikal islahatların aparılmasına başlanılmışdır. Müstəqil Azərbaycan dövlətinin vergi sisteminin formalaşmasının təşəbbüskarı banisi olan ümummilli lider Heydər Əliyev "Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik" tezisi ilə vergi siyasətinin iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi aparıcı rolunu vurğulamışdır.

Ümummilli lider tərəfindən həyata keçirilən əsas vergi islahatlarından biri 2001-ci ildə həm fiziki şəxslərdən, həm hüquqi şəxslərdən gəlir vergisi üçün vahid vergi dərəcəsinin tətbiqi olmuşdur. Bu sabit vergi dərəcəsi aşağı 12,5% dərəcəsi ilə müəyyən edilmişdir ki, bu da iqtisadi fəallığın stimullaşdırılmasına, investisiyaların cəlb edilməsinə kömək etmişdir. Heydər Əliyev sabit vergi dərəcəsi ilə yanaşı, iqtisadiyyatın prioritet sahələri üçün bir sıra vergi güzəştləri tətbiq etdi: İxrac məhsulları üzrə əlavə dəyər vergisindən (ƏDV) azadolmalar, xüsusi iqtisadi zonalarda fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün güzəştlər investisiya yatıran şirkətlər üçün güzəştlər s.

 

Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, Azərbaycan xalqının milli-siyasi təfəkküründə, dövlətçilik şüurumuzda zəngin dərin məna yükünü daşıyan fenomendir. Onun zəngin fəaliyyətinin hər bir mərhələsi Azərbaycan tarixinin parlaq səhifələrindəndir. Bütün varlığı ilə Azərbaycana bağlı olan böyük şəxsiyyət, görkəmli dövlət xadimi, dahi lider Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun beynəlxalq miqyasda inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir.

 

Bütövlükdə Heydər Əliyevin vergi islahatları Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasında iqtisadi artımın təşviqində mühüm rol oynamışdır. Onun nəticəsini həm ölkədə vergi inzibatçılığının təkmilləşdirilməsi biznes üçün əlverişli vergi mühitinin təmin edilməsi istiqamətində aparılan davamlı səylərdə görmək olar. Dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin digər daxilolmaların vaxtında tam yığılmasını təmin edəcək bu sahədə dövlət nəzarətini həyata keçirəcək mərkəzi icra hakimiyyəti orqanı kimi Vergilər Nazirliyinin yaradılması, onun həm səlahiyyətlərinin, həm ölkə iqtisadiyyatının inkişafındakı rolunun müəyyənləşdirilməsi bu sahəyə göstərilən böyük diqqətin bariz nümunəsidir. Azərbaycanda vergi sahəsində təkmil qanunvericilik bazasının yaradılması, ölkənin ilk Vergi Məcəlləsinin qəbulu da bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.

Müasir tariximizin ən keşməkeşli dövründə xalqın tələbi ilə ölkə rəhbərliyinə gələn dahi şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi əsas islahatlardan biri 1996- ildə torpaq islahatı proqramının tətbiqi olmuşdur. Ulu öndərin bu təşəbbüsü nəticəsində ölkəmiz MDB məkanında torpaq islahatlarına başlayan ilk respublika oldu. Torpaqların vətəndaşların istifadəsinə verilməsi üçün normativ-hüquqi aktların təsdiq edilməsi haqqında müvafiq fərmanların imzalanması islahatlarla bağlı prosesləri xeyli sürətləndirdi.

Ulu öndər Heydər Əliyev mütəmadi olaraq sahibkarların fəaliyyəti ilə maraqlanır, onları narahat edən problemlərin aradan qaldırılmasını təmin edirdi. 2002-ci il aprelin 25- sahibkarlarla görüşdə ulu öndər bildirmişdir ki, ölkədə böyük sahibkarlar təbəqəsi yaranıb: "Sahibkarlar təbəqəsi Azərbaycan iqtisadiyyatının aparıcı bir hissəsidir. Özəlləşdirmə prosesi gedir, iqtisadiyyatın çox sahəsi özəlləşdirilibdir. Əldə etdiyimiz nailiyyətlərdə özəlləşdirmənin böyük əhəmiyyəti vardır. İqtisadiyyatın bir çox sahələrindəki nəticələr özəl sektorun hesabına əldə edilibdir. Bir daha deyirəm, özəl sektorun yaradıcıları, özəl sektorun aparıcıları sahibkarlar qrupunu, sahibkarlar təbəqəsini meydana gətirir". Ulu öndər Heydər Əliyevin qətiyyəti nəticəsində biznes üçün əlverişli mühit təmin edilmişdir.

Həmin illərdə xarici investorların ölkəyə axınını sürətləndirmək, onların fəaliyyəti üçün əlverişli şərait yaratmaq, xarici ticarəti sərbəstləşdirmək, sahibkarlığı inkişaf etdirmək üçün bir sıra qanunlar qəbul edildi, milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasını təmin edən qanunvericilik bazası yaradıldı. O dövrdə qəbul olunan "Sahibkarlıq haqqında" Qanun sahibkarlıq fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirməklə yanaşı, bazar iqtisadiyyatının inkişafı üçün əlverişli hüquqi zəmin yaratdı. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası isə respublikamızın siyasi-iqtisadi, sosial-humanitar bölmələri ilə bağlı bütün təfərrüatları özündə əks etdirməklə strateji əhəmiyyətinə görə seçildi.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zaman ərzində geniş beynəlxalq dəstək qazandı. Beynəlxalq Valyuta Fondu Dünya Bankı tərəfindən Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlandı ölkəmizə maliyyə yardımı göstərildi. Həmin təşkilatlarla sıx əməkdaşlıq şəraitində hazırlanan sabitləşdirmə proqramına uyğun olaraq, iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar dönməz xarakter aldı.

Azərbaycanda makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi idarəetmədə islahatların aparılması istiqamətində ulu öndərin atdığı növbəti mühüm addım Dünya Bankı qrupu Beynəlxalq Valyuta Fondu ilə uğurlu əməkdaşlığın qurulmasıdır. Bu əməkdaşlıq sayəsində Azərbaycan 1990- illərin ortalarından etibarən iqtisadi islahatları həyata keçirmək üçün böyük ehtiyac duyduğu güzəştli kreditləri əldə edə bildi.

Ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası ilə bağlı verilmiş qərarlar nəticəsində xarici ticarətin liberallaşdırılması istiqamətində səmərəli davamlı tədbirlər reallaşdırılmışdır. İdxal-ixrac əməliyyatlarının bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması nəticəsində ölkəmizin beynəlxalq əlaqələri ilbəil genişlənmiş, möhkəmlənmiş inkişaf etmişdir. 1993- ildə 60 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdursa, 2002-ci ildə bu əlaqələrin coğrafiyası genişlənmiş 128 xarici dövlətlə idxal-ixrac əməliyyatları aparılmışdır. 2002-ci ildə xarici ölkələrlə ticarət dövriyyəsi 3832,9 milyon ABŞ dollarına çatmış 1993- illə müqayisədə 2,8 dəfə artmışdır.

Həyata keçirilmiş islahatların başlıca istiqamətlərindən biri dövlət mülkiyyətinin özəlləşdirilməsidir. Ölkədə özəlləşdirmə proqramının həyata keçirilməsi şəxsi təşəbbüskarlığın inkişafını sürətləndirdi. Ümummilli liderin rəhbərliyi ilə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı mühüm qərarların qəbulundan əvvəl bu sahədəki əsas problemlər, mühüm məsələlər, müvafiq dövlət strukturlarının, təsərrüfat rəhbərlərinin elmi ictimaiyyətin nümayəndələrinin iştirakı ilə geniş müzakirəyə çıxarılmışdır. Həmin müzakirələrin gedişində ölkəmizdə özəlləşdirmənin strateji istiqaməti müəyyən edilmişdir. "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" reallaşdırılmışdır. Həmin proqramın icrası ölkəmizdə struktur islahatlarının sürətləndirilməsinə sahibkarlığın inkişafına təkan vermişdir. Ulu öndərin irəli sürdüyü yeni vəzifələrə uyğun olaraq, dövlət əmlakının özəlləşdirilməsi haqqında yeni qanun qəbul edilmişdir.

Ümummilli lider əmək bazarının inkişafına, məşğulluq işsizlik problemlərinin həllinə geniş yer vermiş, bu sahədə görülmüş tədbirlər hesabına iqtisadiyyatın qeyri-dövlət sektorunda məşğulluğun payının artmasına nail olunmuşdur. Azərbaycanda bu dövrdə qəbul edilmiş Əmək Məcəlləsi, məşğulluq əmək miqrasiyası haqqında qanunlar, Demoqrafik İnkişaf Pensiya İslahatı konsepsiyaları, yoxsulluğun azaldılması iqtisadi inkişaf üzrə Dövlət Proqramı əmək əhalinin sosial müdafiəsi sahələrində yeni strateji istiqamətlərin əsasını qoymuşdur.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş uğurla həyata keçirilmiş Dövlət proqramlarında, eləcə digər tədbirləri əhatə edən fərman sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası, qanunvericilik bazasının təkmilləşdirilməsi ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, yeni müəssisələrin yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına yoxsulluq səviyyəsinin azaldılmasına gətirib çıxarmışdır.

Heydər Əliyev həmçinin əhəmiyyətli gəlir mənbəyinə çevrilmək potensialına malik olan Azərbaycanın turizm sənayesinin inkişafı məqsədilə uzunmüddətli Dövlət proqramlarının əsasını qoymuşdur. Ulu öndər Heydər Əliyevin tapşırığı ilə "Turizm haqqında" Azərbaycan Respublikası Qanunu hazırlandı 1999-cu ildə Milli Məclis tərəfindən qəbul edildi. Ümummilli liderin Fərmanı ilə Gənclər, İdman Turizm Nazirliyi yaradıldıqdan sonra geniş islahatlar həyata keçirilməyə başladı. Ulu öndərin 2002-ci ilin avqustunda imzaladığı Sərəncamla "2002-2005-ci illər üçün turizmin inkişafının Dövlət Proqramı" təsdiq edildi, turizmin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, mövcud turizm obyektlərinin yenidən qurulması ilə yanaşı, turizmin maddi-texniki bazasının möhkəmləndirilməsi bu istiqamətdə digər strateji layihələr hazırlandı. Respublikamızda turizm sahəsində aparılan islahatlar bu gün öz bəhrəsini verməkdədir.

Heydər Əliyev Azərbaycanın Avropa ilə Asiya arasında nəqliyyat qovşağı kimi yerləşməsinin strateji əhəmiyyətini prioritet kimi müəyyənləşdirməklə, ölkənin nəqliyyat infrastrukturunun inkişafı üçün mühüm layihələr ərsəyə gətirdi. O, ölkənin nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsinə, onun qonşu ölkələrlə əlaqəsinin artırılmasına Azərbaycanın region üçün nəqliyyat qovşağına çevrilməsinə kimi tanıdılmasına yönəlmiş məqsədyönlü siyasət təşəbbüslər irəli sürdü. Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafına, o cümlədən ölkənin avtomobil dəmir yolu şəbəkələrinin genişləndirilməsinə modernləşdirilməsinə böyük sərmayələr qoyuldu.

Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, Azərbaycan xalqının milli-siyasi təfəkküründə, dövlətçilik şüurumuzda zəngin dərin məna yükünü daşıyan fenomendir. Onun zəngin fəaliyyətinin hər bir mərhələsi Azərbaycan tarixinin parlaq səhifələrindəndir. Bütün varlığı ilə Azərbaycana bağlı olan böyük şəxsiyyət, görkəmli dövlət xadimi, dahi lider Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun beynəlxalq miqyasda inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir.

Ümummilli lider Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmayıb, onun hüdudlarından kənarda, bütövlükdə türk dünyasında da dərin izlər buraxmışdı. Ulu öndər dərin tarixi köklərə malik türkdilli dövlətlər xalqlar arasında sıx əlaqələrin qurulmasına, birliyin möhkəmlənməsinə inkişafına hər zaman dəstək göstərmişdir. Xüsusilə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının əsasında müasir dünyanın yeni çağırışları fonunda dövlətlərimizin xalqlarımızın eyni mövqedən çıxış etməsi reallığına mühüm önəm vermişdir. Heydər Əliyev türkdilli dövlətlərin başçılarının zirvə görüşlərini keçirməyin zəruri faydalı olduğunu da daim dəyərləndirmişdir.

Azərbaycan dövləti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə mülkiyyətin çoxnövlüyü əsasında müxtəlif təsərrüfat formalarının, daxili bazarın yaranması fəaliyyəti üçün bazar infrastrukturunun yaradılması, biznes sahibkarlıq fəaliyyətinin inkişafı, xarici iqtisadi əlaqələrin bərpa edilməsi, maliyyə, kredit, bank işi, pul tədavülünün yenidən qurulması, inflyasiya işsizliyin qarşısının alınması, əhalinin sosial müdafiəsinin təşkili sahəsində məqsədyönlü aparır. Bu işlərin həyata keçirilməsində dövlət öz funksiyası çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrinə aid tənzimləyici tədbirlər həyata keçirir.

Ulu öndər Heydər Əliyevin dərin islahatları nəticəsində formalaşmış iqtisadi qüdrətimiz hərbi potensialımız olan Şanlı Ordumuz Prezident İlham Əliyevin rəhbərliyi ilə uzun illər ərzində həyata keçirilən məqsədyönlü, düşünülmüş siyasətin davamı olaraq, düşmən üzərində parlaq qəti qələbəni şərtləndirdi. 2020-ci il ölkəmizin dövlətçilik müstəqillik tarixinin ən şərəfli səhifələrindən birini təşkil edir. Ölkə ərazisinin 20 faizinin uzun illər işğal altında qalmasına son qoyuldu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun apardığı 44 günlük Vətən müharibəsi parlaq Zəfərlə başa çatmış, ölkəmizin ərazi bütövlüyü təmin edilmişdir. Azərbaycanın tarixi torpaqları olan Qarabağın işğaldan azad edilməsi respublikamızın qarşısında tamamilə yeni perspektivlər açmışdır. 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev deyib: "Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünkü Azərbaycan tarixində heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtisadi birliyidir, hərbi gücdür bizim regionda oynadığımız müsbət roldur".

Azərbaycan bu gün regionun siyasi iqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçı, əsas söz sahibidir. Demokratik, hüquqi dünyəvi dövlət kimi formalaşmış müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkül tapması, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil mədəniyyətin tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır. Cəmiyyətdə haqq ədalətin zəfər çalması uğrunda fədakar mübariz kimi şöhrət qazanmış Heydər Əliyev özünün siyasi dövlətçilik fəaliyyətində insanların hüquq azadlıqlarının ifadəsinin müdafiəsinin ən ali forması olan qanunlara eyni cür, dürüst əməl edilməsini daim önə çəkmişdir.

Ulu öndər Heydər Əliyevin uğurlu inkişaf strategiyası haqqında Prezident İlham Əliyev söyləmişdir: "Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların fəal üzvüdür bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə həyata keçirilə bilməz. Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bütün bunlar Heydər Əliyevin xidmətləridir".

Azərbaycanın bugünkü uğurları məhz müasir Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilərək, həyata keçirilmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun davam etdirilmiş islahatlarla bağlıdır. Aparılan bu uğurlu islahatlar nəticəsində Azərbaycanda sosialyönümlü iqtisadiyyatın inkişafına nail olunmuş, ölkə əhalisinin həyat səviyyəsi yüksəldilmişdir.

Ədalət MURADOV,

Azərbaycan Dövlət İqtisad

Universitetinin (UNEC) rektoru, professor.