Xüsusi karantin rejiminin müddəti oktyabrın 2-dək uzadıldı
Digər xəbərlər

Xüsusi karantin rejiminin müddəti oktyabrın 2-dək uzadıldı

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitar kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika digər zəruri tədbirlərin görülməsi Qaydaları"na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023- il oktyabrın 2- saat 06:00-dək uzadılıb.

"Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının 1.1-ci bəndində "1 iyul" sözləri "2 oktyabr" sözləri ilə əvəz edilib.