XİN: “Ermənistanın Laçın sərhəd-keçid məntəqisinin ləğvi ilə bağlı iddiaları əsassızdır”
Siyasət

XİN: “Ermənistanın Laçın sərhəd-keçid məntəqisinin ləğvi ilə bağlı iddiaları əsassızdır”

“Ermənistanın Laçın sərhəd-keçid məntəqisinin ləğvi ilə bağlı iddiaları əsassızdır”.

"Respublika" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı rəsmi İrəvanın vəsatətini rədd etməsinə dair bəyanatında qeyd olunub.

“Ermənistanın Laçın sərhəd-keçid məntəqisinin ləğvi ilə bağlı iddiaları əsassızdır. Biz Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu bir daha təsdiq edən qərarını alqışlayırıq və Ermənistanın keçid məntəqəsinin götürülməsi ilə bağlı tələbinin əsassız olduğunu bildiririk. Beləliklə, Ermənistan tərəfinin son qərarı yanlış şərh etməsi mənasız cəhddən başqa bir şey deyil”, - nazirliyin bəyanatında vurğulanıb.

Bununla yanaşı bəyanatda Azərbaycanın Laçın yolunun girişində sərhəd-keçid məntəqəsi yaratmaq qərarının ölkənin suveren hüququ olduğu bildirilib: “Bu, ərazimizə qeyri-qanuni olaraq silah, hərbi texnika göndərilməsinin dayandırılması zərurətindən irəli gəlirdi. Bundan başqa, sərhəd-keçid məntəqəsi yaradılandan bəri etnik erməniəsilli yerli sakinlər Azərbaycanın daxili və beynəlxalq öhdəliklərinin tələb etdiyi kimi, heç bir ayrı-seçkilik olmadan məntəqədən keçirlər. Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin tələblərini və beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməyə davam edir”.