Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
Elm və təhsil

Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun müddəti uzadılıb.

Elm və Təhsil Nazirliyindən "Respublika"ya bildirilib ki, sənəd qəbulu sentyabrın 30-u saat 23:59-da başa çatacaq.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumatla nazirliyin saytından tanış ola bilərsiniz.

Əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] ünvanına müraciət etmək olar.