Xam xəyallardan, yalan vədlərdən qaçış
Digər xəbərlər

Xam xəyallardan, yalan vədlərdən qaçış

Xankəndidəki erməni saytlarının məlumatına görə, ermənilərin son vaxtlar bu şəhərdən köçüb getmələri daha aydın müşahidə edilir. Qarabağdakı separatçı ermənilərin xunta rejiminin girovuna çevrilən sadə ermənilər çıxış yolunu "cənnət"dən, onlara illər uzunu vəd verilən "xoşbəxt həyat"dan, "süd gölü"ündən qaçmaqda görürlər. Anlayırlar ki, verilən bütün vədlər sabun köpüyünə bənzəyir, işsizlikdən, qıtlıqdan, separatçı rejimin zülmündən qurtulmaq üçün bu yerlərdən getməyə can atırlar.

Azərbaycanlı ekofəalların Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının bir qrup erməni tərəfindən qanunsuz istismar edilməsinə qarşı etiraz aksiyası keçirdikləri istiqamətə tərəf yürüş edən bir dəstə erməni qadının uşaqların görüntüləri yayıldı. Sanki onları arxadan kimlərsə məcbur edirdi, ayaqlarını sürüyə-sürüyə, əllərində bir-iki sınıq-salxaq şüarla getməkdən çox geri dönməkləri hiss olunurdu. Şeytan yuvasına çevrilmiş Xankəndi, separatçılardan, qanunsuz rejimdən təmizlənməyincə dinc ermənilərə rahatlıq yoxdur. Onu da qeyd edək ki, həmin dinc ermənilər 1993- il iyul ayının 23- Ağdamın işğalından sonra azərbaycanlıların evlərini, həyətlərini talamaq üçün ora axışıb, maşınlarda yer qalmayanda əl arabaları ilə qarət etdikləri əşyaları daşıyıblar. Erməni xisləti onların varlığına ana südü ilə hopdurulub, türk sənin düşmənindir sözləri ilə böyüyüblər. Düşmənçilik, etnik nifrət, ayrı-seçkilik, başqa dinlərə dözümsüzlük erməniliyin necə təhlükəli olduğundan xəbər verir.

Şanlı Qələbə ilə başa çatan Vətən müharibəsindən sonra Azərbaycan məğlub etdiyi Ermənistana sülhə, birgəyaşayışa, qonşuluğa, sabit gələcəyə barış əlini uzatdı, Xankəndidəki erməni vətəndaşlarının öz evlərində təhlükəsiz rahat şəkildə yaşayacaqlarını bəyan etdi. Azərbaycan dövləti Qarabağın dinc erməni sakinləri ilə düşmənçiliyinin olmadığını dünyaya əyani şəkildə nümayiş etdirir, onlara dialoq təklif edir, gələcək xoşbəxt həyat vəd edir. Elə bu yaxınlarda Xankəndi-Laçın yolunda dinc aksiyanın keçirildiyi ərazidə səhhəti pisləşən erməni qadına ilk tibbi yardım da azərbaycanlı həkimlər tərəfindən göstərildi həmin qadın Şuşa şəhərindəki təcili yardım maşını ilə Xankəndidəki xəstəxanaya çatdırıldı. Erməni hərbi mülki əsirlərin qaytarılmasında da Azərbaycan humanistlik göstərərək xeyirxah missiya nümayiş etdirdi. Halbuki Ermənistan 4 min nəfərə yaxın azərbaycanlı əsiri ağır şəraitdə saxlayaraq qətlə yetirmişdir. Zəhərli ideyalarla azərbaycanlılara qarşı nifrət qəddarlıq nümayiş etdirən Ermənistan bütün dövrlərdə düşmənçilik mövqeyində dayanıb. Qatil, əlləri dinc azərbaycanlıların qanına batan R.Köçəryan isə bir vaxtlar iddia edir irqçi fikir irəli sürürdü ki, ermənilərlə azərbaycanlıların genetik uyğunsuzluğu var. Bəli, azərbaycanlılar humanist, xeyirxah, mərhəmətlidir, ermənilər isə xain, qəddar, qaniçəndirlər, fərq bax burdadır. Xəstə erməni qadını Xankəndiyə aparanlar da azərbaycanlılardır, ermənilər bunu etməzdilər.

Erməniləri düz yoldan çəkindirən, onlara havadarlıq edənlər Azərbaycanın hərbi siyasi qələbəsini həzm edə bilmir, hər vasitə ilə bölgədə sabitliyi pozmağa çalışır, bir sözlə, yaxınlaşma reinteqrasiya bölgədə ədalətli sülh, əmin-amanlıq əməkdaşlıq istəməyən qüvvələrin heç birinə əl vermir. Söhbət erməni radikal-revanşistlərlə yanaşı, bəzi Qərb dövlətlərindən, Rusiya İrandan gedir. Bütün bunlara baxmayaraq, Azərbaycan Xankəndidə qalan qanunsuz dəstələri, radikal separatçı ünsürləri qısa müddətdə ərazidən çıxarmaqda qərarlıdır. Bakı artıq prosesə start verib inamla, səbirlə əsas hədəfə - Xankəndiyə doğru irəliləyir. Qarabağda peyda olandan sonra başından yekə bəyanatlar verən, "Artsax"ın müstəqilliyindən dəm vuran, ermənilərə firavan həyat gətirəcəyindən lovğalanaraq danışan Kremlin "desantı" R.Vardanyan erməni saytlarının yazdığına görə Qarabağdan qaçıb. Bu barədə erməni bloger Roman Baqdasaryan da məlumat verib ki, erməni oliqarx-fırıldaqçı guya səhhətinə görə getməli olduğunu bildirib. Bu həmin Ruben Vardanyandır ki, son aylar Qarabağ uğrunda ölməyə belə hazır olduğunu daim təkrarlayırdı. göz qabağındadır ki, Vardanyanın getməsinin səbəbi sadəcə hiylədir. Bunu böyük qaçışın başlanğıcı da saymaq olar. Çünki Azərbaycan Ordusu separatçıların nəfəsliklərini təchizat yollarını bir-bir bağladıqca, ətrafdakı strateji yüksəklikləri nəzarətə götürdükcə Qarabağda vardanyanların meydanı da sürətlə daralır. İndi Qarabağda yeganə yol yalnız barışıq inteqrasiya tərəfdarlarına saxlanılıb. Seçim ermənilərindir.

Salman ALIOĞLU,

"Respublika".