Azərbaycan paraatleti dünya çempionatında 3-cü qızıl medalı qazanıb
İdman

Azərbaycan paraatleti dünya çempionatında 3-cü qızıl medalı qazanıb

Azərbaycan paraatleti Orxan Aslanov Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Milli Paralimpiya Komitəsindən "Respublika"ya verilən məlumata görə, T13 kateqoriyasında yarışan idmançı uzunluğa tullanma üzrə yarışda 7.18 metr nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, O.Aslanovun ilk dünya çempionluğudur.