Xalq nicatını Ulu Öndərdə görürdü
Siyasət

Xalq nicatını Ulu Öndərdə görürdü

Xalqına, Vətəninə dərindən bağlı olan ulu öndər Heydər Əliyevin məqsədli şəkildə böyük siyasətdən uzaqlaşdırılması, Onun tərəfdarlarına qarşı təqiblərin güclənməsi vəziyyəti tamamilə arzuolunmaz bir istiqamətə yönəldirdi. 1991-ci ildə Ayaz Mütəllibovun, 1992-ci ildə Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi ilə respublikada vəziyyət daha da idarəolunmaz hal almağa başladı.

AXC-Müsavat iqtidarı 1992-ci il mayın 14- hakimiyyəti zorla ələ keçirdi. Amma ölkəni idarə etməkdə tamamilə səriştəsizlik nümayiş etdirirdi. İqtisadiyyat bərbad vəziyyətə düşmüşdü hər hansı bir sosial inkişafdan söhbət belə gedə bilməzdi. AXC-Müsavat hakimiyyətinin daxilində bir neçə qrup bir-biri ilə mübarizə aparırdı o qrupların hərəsinin fərqli məqsədi var idi. Azərbaycan daxilində xarici kəşfiyyat orqanları istədikləri kimi hərəkət edir, daxili siyasətə ciddi təsir göstərə bilirdilər. Belə bir ağır durumda qarşıdurmalar 1993- ilin əvvəllərindən başlayaraq daha da artdı. Faktiki olaraq, Azərbaycan özünün müstəqilliyini itirmək parçalanmaq dövrünə qədəm qoymuşdu. Hadisələrin belə gedişatı 1993- ilin 4 iyununda hakimiyyətin ayrı-ayrı qolları arasında hərbi qarşıdurmaya gətirib çıxardı. Surət Hüseynovun başladığı 4 iyun qiyamı həm Azərbaycanda AXC-Müsavat iqtidarının heç bir təsirə rola malik olmadığının göstəricisi idi. Yenicə müstəqilliyə qovuşan Azərbaycanda belə acınacaqlı situasiyanın yaranmasının əsas məsuliyyəti AXC-Müsavat cütlüyünün üzərinə düşürdü. Səriştəsiz AXC-Müsavat isə hakimiyyəti vəziyyətin daha da ağırlaşmasına yol açan məntiqsiz qərarlar verməkdə davam edirdi.

1993- il iyunun 4- Gəncədə sabiq korpus komandiri AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Ozamankı müdafiə naziri Dadaş Rzayevin imzaladığı bu əmrə təhvil-təslim olması barədə qərara tabe olmayan Surət Hüseynov tabeçiliyindəki qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. Gəncədə, o cümlədən Bakıya qədər bəzi rayonlarda silahlı qarşıdurmalar yaşanırdı. 709-cu briqadanı tərk-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında döyüşün baş verməsi isə ölkənin vətəndaş qarşıdurmasına doğru sürükləndiyinin göstəricisi idi. Hakimiyyətdəki qrupların səriştəsizliyi bu dramatik sonluğu bir az da yaxınlaşdırırdı.

Bu cür çətin zamanda xalqın bütün diqqəti Naxçıvana yönəlmişdi. Hətta belə şəraitdə muxtar respublikanı qorumağı bacaran, Azərbaycanın xilaskarı Heydər Əliyev ölkənin, dövlətin, xalqın nicatı idi. Respublikanın hər yerində izdihamlı mitinqlər keçirilir, ulu öndər Heydər Əliyevin təcili olaraq Azərbaycanın rəhbərliyinə gəlməsi tələb olunurdu. Ulu Öndər bu dəfə xalqın istəyinə biganə qalmayaraq çiyinlərini çox ağır yükün altına verməkdən çəkinmədi. Heydər Əliyev iyunun 9-da Bakıya gəldi, çox qısa müddətdə Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. Belə bir vaxtda ümummilli lider Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. Ümummilli Lider Milli Məclisin növbəti iclasında Gəncə hadisələri barədə öz qəti sözünü dedi: "Hadisələr dəhşətlidir, qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş, cinayəti təşkil etmiş adamlar, hansı tərəfdən asılı olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdır".

1993- il iyunun 15- ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda tarixin təkrarına - müstəqilliyin itirilməsinə yol vermədi. Məhz ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqının böyük xoşbəxtliyi ondan ibarət idi ki, xalqımız həlledici anlarda düzgün seçim etmişdir, müdriklik göstərmişdir Ulu Öndərə üz tutub Onu hakimiyyətə dəvət etmişdir.

Beləliklə, Azərbaycan tarixinə faciəvi 4 iyun günündən sonra 15 İyun - Milli Qurtuluş Günü yazıldı. Azərbaycan xalqı Ulu Öndərin Vətənin ağır günündə məsuliyyətdən çəkinməyərək respublikada rəhbərliyə gəlməsini qısa müddətdə böyük uğurlara imza atmasını həmişə minnətdarlıq hissilə xatırlayacaq.

Röya RÜSTƏMLİ,

"Respublika".