“Vestnik Kavkaza”: “Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb”
Diaspora

“Vestnik Kavkaza”: “Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb”

Azərbaycanın keçmiş məcburi köçkünləri doğma yurd-yuvalarına qayıtmağa davam edir.

“Vestnik Kavkaza” xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 22-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 172 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 705 ailənin, yəni 2 689 nəfərin daimi məskunlaşması təmin edilib.

Tacir SADIQOV,

“Respublika”.