“Anadolu Agentliyi”: Azərbaycan Ermənistanın Qarabağda törətdiyi cinayətlərə görə cavab verməsini tələb edir
Diaspora

“Anadolu Agentliyi”: Azərbaycan Ermənistanın Qarabağda törətdiyi cinayətlərə görə cavab verməsini tələb edir

“Anadolu Agentliyi” Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun Ermənistanın Qarabağı işğal etməsi və bu müddət ərzində törətdiyi cinayətlərin beynəlxalq məhkəmələr qarşısında üzə çıxarılması barədə fikirlərini qeyd edib. Bildirib ki, Ermənistan 30 il Azərbaycan ərazilərini işğal altında saxlayıb. İşğal dövründə Ermənistan Azərbaycanın ətraf-mühitinə, ekologiyasına ciddi zərər vurub. Azərbaycan Ermənistanın BƏM-də qaldırdığı iddiaların rədd ediləcəyinə əmindir. Ermənistan öz qeyri-qanuni hərəkətindən faydalana bilməz. Azərbaycan 2020-ci ildə ərazilərinin işğaldan azad edilməsindən sonra şəhərlərinin xarabalığa çevrildiyini, mədəniyyət abidələrinin dağıdıldığını və ermənilərin ətraf mühiti viran qoyduğunu görüb.

Nurlan ABDALOV,

“Respublika”.