ÜST ilə əməkdaşlıq ölkəmizdə səhiyyə xidmətini yüksəldir
Səhiyyə

ÜST ilə əməkdaşlıq ölkəmizdə səhiyyə xidmətini yüksəldir

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində müasir səhiyyə xidmətlərini təqdim edən regional mərkəzlərdən birinə çevrilib. Məhz bu səbəbdən ÜST-ün Avropa üzrə Regional Ofisi Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB ilə birgə Bakıda yüksək səviyyəli regional görüşlər keçirərək yeni layihələr həyata keçirir. "Məqsədəuyğun xəstəxanalar: müasir səhiyyənin tələblərinə cavab vermək üçün keyfiyyət davamlılığın prioritetləşdirilməsi" mövzusuna həsr olunan görüşdə ÜST-ün Avropa Regionunda, xüsusən Şərqi Avropa Mərkəzi Asiyadakı xəstəxanaların üzləşdiyi əsas məsələlər imkanlar müzakirə edilib.

Bu görüşlərdə Azərbaycanın tibb müəssisənin prinsipləri təcrübələri öyrənilib ÜST- əməkdaşlıq edən Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Emin Hüseynin fikirləri dinlənilib.

Xəstəxananın direktoru Emin Hüseyn bizimlə söhbətində əhalinin sağlamlığı istiqamətində il ərzində görülən işlər, təcrübə mübadiləsinin aparılması yenilik sisteminin tətbiqi üçün həyata keçirilən tədbirlərə toxunaraq bildirdi ki, "Heydər Əliyev İli" çərçivəsində ucqar kəndlərdə səyyar müayinələr təşkil olunub. Xəstəxananın təşkilatçılığı ilə keçirilən səyyar müayinələrdə terapevtlər pediatrlar iştirak edib. Ümumilikdə, 3 gün ərzində 350 nəfər müayinəyə cəlb edilib, müayinə olunan 21 nəfərdən müvafiq qan nümunələri götürülüb. Eyni zamanda, tibb müəssisəsinin əməkdaşları tərəfindən vətəndaşların maarifləndirilməsi həyata keçirilib. Belə ki, mütəxəssislər ümumilikdə 450 vətəndaşa süd vəzisi müayinəsinin, peyvəndləmənin önəmləri, sağlam qidalanma həyat tərzi mövzularında məlumat veriblər.

ÜST-ün Ölkə Ofisinin Şamaxı Rayon Mərkəzi Xəstəxanası ilə əməkdaşlığı çərçivəsində ilkin səhiyyə xidməti sahəsində görülmüş işlərlə tanışlıq məqsədilə səhiyyə qurumlarının rəhbərləri mütəxəssisləri rayona səfər ediblər.

Əməkdaşlıq çərçivəsində rayonda "İlkin Səhiyyə Xidməti üzrə Nümayiş" layihəsi, Azərbaycan Tibb Universitetinin 6- kurs tələbələrinin iştirakı ilə Şamaxı Təqaüd Proqramı digər tədbirlər həyata keçirib. Bu layihə tədbirlərin məqsədi rayonda əlçatan, keyfiyyətli hərtərəfli ilkin səhiyyə xidməti modeli işləyib hazırlamaq, tibb işçilərinin bilik-bacarıqlarını artırmaq, həmçinin ilkin səhiyyə xidməti üzrə kadr potensialını gücləndirməkdir.

Emin Hüseyn bildirdi ki, ötən il xəstəxananın əməkdaşları Leyla Bəkirova Aygün Mustafayeva, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisinin Avropa İttifaqının maliyyə dəstəyilə keçirilən COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək layihəsinin rəhbəri Sevinc Həsənova, ÜST-ün Azərbaycan ofisinin "İlkin səhiyyənin gücləndirilməsi" layihəsinin beynəlxalq konsultantları Mehmet Akman, Sevgi Turan ve Kevser Vatanseverin daxil olduğu nümayəndə heyəti ilə Belçikanın Gent şəhərində təşkil edilən "İlkin səhiyyənin təşkili üzrə Avropa Forumu"nda iştirak etdik. Forumun əsas günlərində Şamaxıda ÜST tərəfindən həyata keçirilən "İlkin səhiyyənin gücləndirilməsi" layihəsi haqqında ilkin səhiyyə xidmətindəki islahatlar barədə tədbir iştirakçılarına geniş məlumat verilib. Eyni zamanda Gent Universitetində Azərbaycan nümayəndə heyətilə görüş təşkil edilib ilkin səhiyyənin təşkili haqqında fikir mübadiləsi aparılıb.

ÜST-ün Azərbaycana təşkil etdiyi 5 günlük ekspert missiyası Şamaxıda olub. Qeyd edildi ki, səfər çərçivəsində ÜST-ün Şamaxı Rayon Mərkəzi Xəstəxanası ilə əməkdaşlığı çərçivəsində rayonda həyata keçirdiyi digər təşəbbüs - İlkin Səhiyyə Xidmətinin Təşkilinə dair Nümayiş Layihəsi çərçivəsində görülmüş işlər əldə edilən nəticələr nümayəndə heyətinə təqdim olunub ÜST ekspertlərinin layihə əsasında yaradılan yeni ilkin səhiyyə modelinə dair tövsiyələri müzakirə edilib.

Rayon rəhbərliyi ilə görüşən ÜST nümayəndələri rayondakı səhiyyə qurumları ilə gələcək əməkdaşlıq planlarına dair məlumat veriblər.

Ümumdünya Səhiyyə Təşkilatı PROACT-Care layihəsi çərçivəsində Türkiyənin ilkin səhiyyə xidməti (İSX) sisteminin öyrənilməsi Azərbaycanda İSX-nin gücləndirilməsi üçün proqramına dəstək məqsədilə müxtəlif yerli səhiyyə qurumlarının nümayəndələrinin Türkiyəyə səfərini təşkil edib. Bir həftə davam edən səfərin məqsədi Türkiyədə İSX sistemini müşahidə etmək funksional inteqrasiya olunmuş ictimai səhiyyə ilkin səhiyyə sistemi üçün Azərbaycanda tətbiq oluna biləcək strategiyaları öyrənmək olub.

Səfər zamanı Böyük İzmir Sağlamlıq Müdirliyi, Bayraklı İlçe Sağlamlıq Müdirliyi, Dokuz Eylül Universiteti Tibb Fakültəsinin Xalq Sağlamlığı Ailə Təbabəti şöbələri, Universitetə bağlı İSX Təhsil, Araşdırma Tətbiq Mərkəzi, bir şəhər bir kənd Ailə Sağlamlığı Mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirilib müzakirələr aparılıb.

Qeyd edək ki, ÜST Azərbaycanda 2020-ci ilin mart ayından Şamaxı Rayon Mərkəzi Xəstəxanası ilə əməkdaşlıq çərçivəsində rayonda İlkin Səhiyyə Xidmətlərinin (İSX) nümayiş layihəsini (PROACT-Care) həyata keçirir. "PROACT-Care" layihəsi çərçivəsində TƏBİB-ə təhvil verilmiş mobil klinikalarda 4 həkim briqadası tərəfindən rayonun Çarhan, Dəmirçi Çöl Bağırlı kənd əraziləri üzrə əhaliyə səyyar ilkin səhiyyə xidməti göstərilir. Proqrama uyğun sakinlərə müvafiq tibbi yardımlar göstərilir ehtiyac olduğu halda, ikinci səviyyə səhiyyə müəssisələrinə göndərilir.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".