Ümumdünya Ətraf Mühit Günü münasibətilə təmizlik aksiyası keçirilib
Ekologiya

Ümumdünya Ətraf Mühit Günü münasibətilə təmizlik aksiyası keçirilib

Çimərlik mövsümünün açılışı ilə əlaqədar iyunun 5- İDEA İctimai Birliyi, Ekologiya Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu Təmiz ŞəhərASC-nin birgə təşkilatçılığı ilə növbəti ənənəvi sahilyanı təmizlik aksiyası təşkil edilib.

İDEA İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş təmizlik aksiyası Şüvəlan çimərliyi ərazisində təşkil edilib. “Sahillər təmiz qalsınşüarı altında keçirilən təmizlik aksiyası Xəzər dənizi sahillərində gənclərin iştirakı ilə baş tutan sayca 16- aksiyadır.

Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq bütün gəncləri dənizətrafı mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları topladıqları tullantıları çeşidləyərək çimərliklərdə ən çox müşahidə olunan zibilləri müəyyən ediblər. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika da cəlb olunub. Daha sonra bütün tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə baxımsız sahilyanı ərazilərin tullantılardan təmizlənməsi abadlaşdırılması, insanların rahat istirahət etməsi üçün lazımi şəraitin yaradılması, ictimai sağlamlıq gigiyenanın yaxşılaşdırılması, eləcə ekoloji sosial məsuliyyətin təşviq edilməsi məqsədilə paytaxtımızda ictimai çimərliklər yaradılıb. İDEA İctimai Birliyinin təşkilatçılığı ilə Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı Sahil qəsəbə çimərliklərinin ərazisində olmaqla ümumilikdə 6 ictimai çimərlik əhalinin istifadəsinə verilib. Sözügedən çimərliklərdə insanların rahat, təmiz təhlükəsiz məkanda tamamilə ödənişsiz istirahət edə bilməsi üçün oturacaqlar sanitar qovşaq quraşdırılıb, futbol voleybol meydançaları salınıb, zibil qutuları yerləşdirilib, Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqəsi yaradılıb, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə duş kabinaları, sanitar qovşaqlar, söhbətgahlar sair quraşdırılıb.

Bu il Ümumdünya Ətraf Mühit GünününEkosistemin bərpasımövzusuna həsr edilməsini nəzərə alaraq, İDEA İctimai Birliyi hər kəsi indiki gələcək nəsillərin rifahı naminə birləşməyə çağırıb: “Biz zamanı geri qaytara bilmərik, amma biz ağaclar əkə bilərik, şəhərlərimizi yaşıllaşdıra bilərik, meşələrimizi bərpa edə bilərik, sağlam qidalana bilərik, sahillərimizi təmizləyə bilərik. Biz təbiətlə harmoniyada yaşaya bilən nəsilik. Gəlin gələcək üçün narahat yox, aktiv olaq! Gəlin təbiətimiz üçün çəkingən yox, cəsur olaq! Gəlin Planetimiz naminə birləşək təbiətin bizə bəxş etdiyi nemətlərə həssas yanaşaq!”

AZƏRTAC