Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə poçt markası buraxılıb
Sosial həyat

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə poçt markası buraxılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi mətbuat xidmətinidən bildirilir ki, Moskva şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Rusiya Federasiyasının dövriyyəyə buraxdığı poçt markasının rəsmi möhürlənmə mərasimi keçirilib.

Markanın möhürlənməsi Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin tərəfindən həyata keçirilib. Poçt markasının üzərində Azərbaycan Respublikasının dövlət bayrağı fonunda Ümummilli Liderin portreti təsvir edilib.

Əli SADIQOV,

“Respublika”.