Ulu öndər Heydər Əliyev böyük hörmət hissi ilə anılır
Sosial həyat

Ulu öndər Heydər Əliyev böyük hörmət hissi ilə anılır

Mayın 10-da xalqımızın ümummilli lideri, böyük tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin kollektivi Fəxri xiyabanı ziyarət edib. Bu barədə Nazirliyin məlumatında bildirilir.

Fövqəladə Hallar Nazirliyinin kollektivi Ulu Öndərin məzarı üzərinə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

“Respublika”.