Ukraynadakı münaqişələr 9 mindən çox dinc sakinin ölümünə səbəb olub
Dünya xəbərləri

Ukraynadakı münaqişələr 9 mindən çox dinc sakinin ölümünə səbəb olub

Ukraynadakı münaqişələr bu günə qədər 9 mindən çox dinc sakininin ölümünə səbəb olub.

“Respublika” xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı  yenilənmiş statistikaya əsasən bildirib.

2022-ci il fevralın 24-dən 2023-cü il iyunun 30-dək Ukraynada 9177 dinc sakin həlak olub, 15993 nəfər yaralanıb.

Ukraynadakı münaqişə zamanı 1630 uşaq qurbanı qeydə alınıb: 535 nəfər ölüb, 1095 nəfər yaralanıb. Uşaqlar arasında ölənlərin sayının 57,2 faizini oğlanlar, 42,8 faizini isə qızlar təşkil edib. Ümumiyyətlə, həlak olan dinc sakinlərin 61 faizi kişi, 39 faizi qadın olub.

BMT Krım və Sevastopolda azı 6 ölü və 16 yaralı, həmçinin Rusiyanın digər sərhəd bölgələrində 58 ölü və 229 yaralı qeydə aldığını açıqlayıb.