Fransa polisi maaş artımı tələbi ilə keçirilən nümayişə sərt müdaxilə edib
Dünya xəbərləri

Fransa polisi maaş artımı tələbi ilə keçirilən nümayişə sərt müdaxilə edib

Fransada maaşların artırılmasını və gender bərabərliyini tələb edən müxtəlif peşə sahibləri, o cümlədən müəllimlər həmkarlar ittifaqlarının çağırışı ilə tətillərə başlayıb.

"Respublika" xəbər verir ki, etirazçılar Paris, Marsel və Lion şəhərləri də daxil olmaqla, ölkənin təxminən 200 nöqtəsində nümayişlər keçirib. Parisdə etirazçılar İtaliya meydanından Vauban meydanına doğru yürüş təşkil edib. Paytaxt polisi aksiya sərt müdaxilə edərək bəzi etirazçıları saxlayıb.

Təşkilatçılar aksiyalarda 200 mindən çox insanın, polis isə 92 min 500 nəfərin iştirak etdiyini bildirib.